yenicag.az

Ad günündən qayıdan ailənin faciəsi

Ad günündən qayıdan ailənin faciəsi

Müəllif: Redaktor

Editor

tecili yardimm6Sumqayıtda ağır yol qəzası baş verib.

Sumqayıtın Heydər Əliyev prospektində “VAZ 21015” və “Geely” markalı iki minik avtomobili toqquşub. Nəticədə “VAZ 21015″də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər – 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı – Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, avtomobildə olan şəxslər bir ailənin üzvü olub. Onlar ad günü şənliyindən evə qayıdırlarmış.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti