!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ad-soyadımı görəndə anam güldü, atamla zarafatlaşdı"

!Reklam – Yazi

“Anamın bir tərəfi azərbaycanlıdır. Təəssüf ki, artıq aramızda olmayan babam Azərbaycanda tanınan hərbçi olub. AFFA-dakı insanlar onun vasitəsilə mənimlə əlaqə yaratdılar”.

Yeniçağ.az xəbər verir ki, bu sözləri Ukrayna “Dnepr” klubunun və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının futbolçusu Dmitri Nağıyev Ukraynanın “Dnepr” klubunun futbolçusu Dmitri Nağıyev bildirib.
Ukrayna Premyer Liqasının son turunda “Zvezda”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda qələbə topunun müəllifi olan müdafiəçi ukraynalı həmkarlarımıza U-21 yığmamıza gəlişi haqda danışıb:

“Mənə Azərbaycan yığmasında oynamağı təklif etdilır. Fikirləşərək dedim: Niyə də yox? Özümü sınamağa qərar verdim. Üstəlik, həmin vaxt “Qəbələ” variantım vardı. Vətəndaşlıq mənə kömək oldu. Mən legioner sayırlmırdım. Sonra hər şey gözlədiyim kimi alınmadı. Ancaq Azərbaycan pasportunu aldım və gənclər yığmasında bir neçə oyun keçirdim. Yeri gəlmişkən, çoxu elə düşünür ki, Azərbaycan köklərim atam tərəfdəndi. Hər şey əksinədi. AFFA-nın saytında ad-soyadımı Dmitri Ruslan oğlu Nağıyev kimi yazanda – onlarda belə qəbul olunub – anam güldü, atamla zarafatlaşdı.

Ümumiyyətlə, Azərbaycanda qohumlarım, tanışlarım çoxdu. “Zvezda” ilə oyundan sonra çoxlu zəng, məlumat aldım. Hərçənd, üzdə olanda hamı zəng edir. Ən xoş olan budu ki, hətta oynamadığımda da Azərbaycandan yazırlar, zəng edirlər”.

21 yaşlı Nağıyev anadan olduğu Ukraynanın yığmasında oynamaq perspektivindən də danışıb:
“Bu ölkənin yığmasının qapıları o vaxt üzümə bağlanacaq ki, Azərbaycan millisinin heyətində rəsmi matçda oynayacam. FİFA-nın qaydaları belədi. Amma yaxşı başa düşürəm ki, mənim səviyyəm hələ birinci yığmaya uyğun deyil”.

Yeniçağ.az

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv