!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adam öldürən avtobus sürücüsü ölkədən qaçdı

!Reklam – Yazi

11aa49Telman Allahverdiyev saxlanılması üçün İnterpola müraciət edilib

Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Qeyd edək ki, T.Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi “Daewoo” markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R.İsmayılov hadisə yerində ölüb.

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv