Addım növbəti ilkə imza atdı

Müəllif: Redaktor

Editor

232ba84a-c054-4f77-b6c5-8edaa55be9f8ADDIM Gənclər Təşkilatı gənclər sektorunda növbəti ilkə imza atır.

Beləki noyabrın 29-da gənclər üçün Azərbaycanda ilk dəfə “Coach Session” adlı təlim proqramı baş tutacaq. Hazırda dünyada ən məhşur və bahalı həyat – biznes planlama, motivasiya proqramı olan “Coaching” dərsləri gənclərə ödənişsiz olaraq keçiriləcəkdir. Təlimləri coaching üzrə mütəxəssis Ukrainalı təlimçi Kseniya Borisova aparacaqdır. Bundan başqa “Coach session”da tədbirin təşkilatçılarından olan “Global Network”ün rəhbəri Rifat Sultanzadə, “Biznes dilaoq” təşkilatının rəhbəri Aleksandr Məhərrəmov da iştirak edəcəklər. Tədbir 29 noyabr saat 11:00 da Sapphire Plaza gerçəkləşəcəkdir və təlimlərdə iştirak gənclərlə bərabər media nümayənələri üçün də açıqdır.

Qeyd edək ki “Coaching” ötən əsrin 90 illərin əvvəllərində İngiltərədə formalaşıb və hazırda Avropa ölkələri və ABŞ-da ən dəbdə olan konsulting və motivasiya proqramıdır. İş adamları arasında xüsusi yayılan bu istiqamət 2010- cu ildən Rusiya Federasiyasında da geniş populyarlıq qazanır. Hazırda keçmiş MDB ölkələrindən yalnız Rusiaya və Ukrainada bu sahədə maarifləndirmə məqsədilə Beynəlxalq Erikson İnstitutunun nümayəndəlikləri fəaliyyət göstərir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır