Adel səhnəni tərk edir

Müəllif: Redaktor

Editor

adel_esasDünyaca məşhur müğənni Adel son konserti zamanı pərəstişkarları ilə vidalaşıb.

28 yaşlı müğənni ikinci dəfə ana olmağa hazırlaşdığını və buna görə də bir neçə il səhnəyə çıxmayacağını bildirib.

Son 10 ay ərzində 107 konsert verən müğənni göstərdiyi dəstəyə görə pərəstişkarlarına, qrupuna və ailəsinə minnətdarlığını bildirib.

Müğənninin hamilə olub-olmadığı, səhnəyə nə zaman qayıdacağı məlum deyil. Hazırda onun afişasında daha 8 konsert var. Konsertlər fevral və mart aylarında Avstraliya və Yeni Zelandiyada keçirilməlidir.

2012-ci ildə ilk övladı Anjelo dünyaya gəldikdən sonra Adel səhnədən uzaqlaşıb. O, səhnəyə yalnız 3 il sonra – 2015-ci ildə qayıdıb.(aznews)

 


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır