!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Adı intim qalmaqalında hallanan futbolçumuzdan növbəti problem? – “Ölçü götürülməyib”

!Reklam – Yazi

qalmaqalBir vaxtlar adı seks qalmaqalında hallanan futbol üzrə millimizin üzvü Pərdis Fərcad Azad çıxış etdiyi Bakının “İnter” klubunda problem yaşayıb. Əldə etdiyimiz məlumata görə, bunun səbəbi oyunçunun nizam-intizamı ilə bağlıdır.

Belə ki, futbolçu intizamsızlığına, məşqlərə vaxtında gəlməməsinə görə, baş məşqçi Zaur Svanadze ilə problem yaşayıb. Hətta onunla bağlı klub rəhbərliyi tərəfindən ölçü götürüləcəyi də iddia edilir.

Məsələ ilə bağlı “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Yeniçağ.az-a açıqlama verib:

“Pərdis Fərcad Azad hazırda Berlindədir. Futbolçularımız istirahətdə olduğuna görə o da öz evinə gedib. Dekabrın 21-də istirahətə yollanan komandamız yanvarın 9-da yenidən toplaşacaq. Ona qarşı klub tərəfindən heç bir ölçü götürülməyib”.

Qeyd edək ki, bir necə ay öncə “İnter”in və millimizin üzvü Pərdis Fərcad-Azadla bağlı şok faktlar və görüntülər ortaya çıxmışdı. Belə ki, alman model Cina-Liza Lofink 4 il öncə Berlin məhkəməsinə müraciət edib. Həm də aktrisalıq edən 30 yaşlı xanım iki nəfərin onu təcavüz etdiyini bildirib. Həmin şəxslərdən biri kimi də Pərdisin adını qeyd edib. O vaxtdan başlanan proses bu yaxınlarda başa çatıb. Məhkəmənin qərarına görə, futbolçumuz 2000 avro məbləğində cərimələnib.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

1113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv