Ads by Google

hightechnic
Ads by Google

adilaliyev1 (1)Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyəti tərəfindən “Veteranların qayğıkeşi” diplomu ilə təltif edilib.

Azərbaycan Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev təbrik çıxışında Adil Əliyevin cəmiyyətdə milli vətənpərvilik ruhunun inkişafında və təbliğində fəal iştirak etdiyini diqqətə çatdırıb: “Dövlətçilik quruculuğunda və ölkə rəhbərliyinin idman siyasətində, gənclərlə bağlı gördüyü işlər, əsasən veteranlarla sıx əlaqə saxlaması və onlarla müntəzəm görüşlər keçirməsini nəzərə alaraq, millət vəkilini bu mükafata layiq görmüşük. Xüsusilə, Adil Əliyev “Bakı 2015” I Avropa Oyunlarının təbliğatında fəal olub. Biz bu mükafatı 1,3 milyon veteranın adından veririk”.

Millət vəkili ilk öncə onu belə diplomla təltif etdikləri üçün veteranlara öz təşəkkürünü çatdırıb: “Hər zaman veteranlarla görüşlərə xüsusi önəm vermişəm. Onların həyat və fəaliyyətləri gənclərimiz üçün örnəkdir. Bu gün qürur duyuram ki, belə diplomla təltif olunmuşam”.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.