Adil Əliyev rus icmasının nümayəndələri ilə görüşüb-Foto

Müəllif: Redaktor

Editor

316eb27726dc35648f431f40015e376920 saylı Nərimanov II Seçki Dairəsindən deputatlığa namizəd Adil Əliyev seçki təbliğatını böyük coşqu ilə davam etdirməkdədir.

A. Əliyev bu gün 20 saylı Nərimanov II Seçki Dairəsinin ərazisində yaşayan rus əsilli seçiciləri ilə görüş keçirib.

Veteranlar Şurasında keçirilən görüşü açıq elan edən Şuranın sədri, istefada olan general-mayor Dadaş Rzayev A. Əliyevin Nərimanov ərazisində yaşayan və milliyyətindən asılı olmayaraq, daim seçicilərinin problemlərini diqqətdə saxladığını qeyd edib.

A. Əliyev isə D. Rzayevə görüşü təşkil etdikləri üçün öz təşəkkürünü bildirib. Millət vəkili qeyd edib ki, ölkədə bütün milli azlıqlar üçün hər cür şərait və imkan yaradılıb: “Ölkə prezidenti milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı göstərir. Nərimanov rayonu ərazisində yaşayan rus əsilli sakinlər də seçkidə fəal iştirak edirlər”.

Çıxış edən sakinlər A. Əliyevin gördüyü işlərdən söhbət açıblar, namizədə seçkilərdə dəstək olacaqlarını bəyan ediblər.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir