www.sinerjipro.net

SinerjiProWide
Reklam

adil9Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədlərin reytinqini müəyyənləşdirmək məqsədilə sorğular keçirir.

ADİİM sədri Cavid Şahverdiyev bildirib ki, deputatlığa namizədlərin oktyabrın 9-da başladığı təbliğat günündən oktyabrın 11-dək sorğu keçirilən ilk dairə – 20 saylı Nərimanov II Seçki Dairəsi olub.

“Sorğuda yaş məhdudiyyəti yoxdur, yalnız seçici hüququ olan vətəndaşlarımız iştirak edir. Təşkilatımızın əməkdaşları seçicilərlə şifahi sorğu keçirirlər, onlara verilən anketlərdə isə qeydlər aparılır”, – deyə C. Şahverdiyev qeyd edib.

QHT sədrinin sözlərinə görə, sorğu keçirilən ilk dairədə respondentlərin 85 faizi bu seçkilərdə də indiki deputat Əliyev Adil Abış oğluna səs verəcəklərini bildiriblər: “Sorğunun nəticələrinə görə, sonrakı yerlərdə Əkbərova Svetlana Cümar qızı, Dilbazi Yeganə Zirəddin qızı və Qurbanova Aygün Fuad qızı gəlir. Adil Əliyevin daha çox səs qazanmasına səbəb isə seçicilərinin hüquqlarının qorunmasında onlara yaxından dəstək göstərməsi, problemlərini həll etməsi və xeyriyyəçilik missiyasıdır”(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 268
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."