!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adil Əliyevin seçiciləri ilə növbəti görüşü -Foto

!Reklam – Yazi

adil333Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Görüşdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər, ölkəmizi dünya, olimpiya çempionatlarında təmsil edən idmançılar iştirak ediblər.

Çıxış edən deputatlığa namizəd Adil Əliyev ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə məlumat verərək Azərbaycanda yürüdülən uğurlu daxili və xarici siyasətdən danışıb.

Adil Əliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu isə özlüyündə qətiyyət faktorudur: “Əlbəttə ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqaz regionunda ən güclü dövlətə, eləcə də dünyada öz sözünü deyə bilən ölkəyə çevrilməsinə zəmin yaradıb. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. İstənilən ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Bütün bunlar – Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib. Bu məqsəd hər birimizin fəaliyyətinin özülünü təşkil edir. Qarşıda yeni planlarımız, yeni ideyalarımız var. Bütün bunların əsasında isə əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub. Möhtərəm Prezidentimiz bəyan edib ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini almalıdır”.

O, daha sonra millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə görüş iştirakçılarına məlumat verib. Seçiciləri maraqlandıran sualları cavablandırıb.
Natiq, həmçinin ölkənin inkişafında və tərəqqisində parlamentin rolu və millət vəkillərinin fəaliyyətindən də danışaraq qeyd edib ki, parlamentdə təmsil olunan hər bir millət vəkili istər ölkə daxilində, istərsə də beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər.

Daha sonra çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki, müharibə veteranı Elşad Şabanov, Adil Əliyevin vəkilləri seçicilər noyabrın 1-də seçki məntəqələrinə gələrək məhz Adil Əliyevə səs verməyə çağırıblar.

Bildirilib ki, Adil Əliyevin təqdim edilməsinə ehtiyac yoxdur: “Belə ki, o parlamentdəki fəaliyyəti ilə ölkə ictimaiyyəti, o cümlədən seçiciləri qarşısında kifayət qədər nüfuz qazanmış bir millət vəkillərimizdəndir. Keçiriləcək növbəti parlament seçkilərində də Adil Əliyevin qalib gələcəyinə şübhə yoxdur. Çünki həm xalqımızın, həm də dövlətçiliyimizin inkişafına böyük dəstək və inamı bu əminliyi daha da gücləndirir”.

Çıxış edənlər seçkilərdə Nərimanov rayonun seçicilərinin həmişə xüsusi fəallıq göstərdiklərini xatırladaraq əminliklə vurğulayıblar ki, noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər də bu mənada əlamətdar olacaq.

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv