www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyə Böyük Millət Məclisi (TBMM) 15 iyul çevriliş cəhdini araşdırma Komissiyasının sədri Selçuk Özdağ FETÖ terror şəbəkəsinin əsas fiqurlarından biri olan Adil Öksüzün xarici xüsusi xidmət orqanlarına işlədiyini deyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Adil Öksüzün Milli İstihbarat Təşkilatının (MİT) agenti olduğunu iddia edən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu cavabını aldı.

Məlumata görə, CHP liderinin qeyd olunan iddiasına sərt reaksiya verən MİT rəhbərliyi FETÖ-çu Adil Öksüzün xarici ölkələrin agenti olduğunu bildirmişdi. Bundan sonra məsələyə münasibət bildirən Türkiyə Böyük Millət Məclisi (TBMM) 15 iyul çevriliş cəhdini araşdırma Komissiyasının sədri Selçuk Özdağ da Öksüzün xarici xüsusi xidmət orqanlarına bağlılığından danışıb. AKP-li millət vəkili bildirib ki, 15 iyul çevriliş cəhdi ilə bağlı aparılan təhqiqat zamanı FETÖ-nun əsas simaları barəsində çox sayda dəlil-sübut toplanılıb:

“Adil Öksüz MİT-ə deyil, Türkiyə əleyhinə başqa ölkələr üçün işləyir. FETÖ tamamilə ABŞ-da qərarlaşıb, ancaq şəbəkə daxilində başqa ölkələrin agentləri də yer almaqdadır. Onların hədəfində Türkiyədir. Həm məskunlaşdıqları ölkələrin çirkin əməllərinə alət olurlar, həm də başqa ölkələrə xidmət edirlər”.

Özdağın fikrincə, Adil Öksüz ya hansısa ölkənin səfirliyində gizlənir, yaxud da səfirliklərdən birinin vasitəsilə xaricə qaçıb:

“Adil Öksüz çevriliş cəhdinin beyni, əlaqələndiricisi və əsas fiqurudur. ABŞ-a 109 dəfə gedib-gəlib. Bir tərəfdən həbsdəki iş adamları, digər tərəfdənsə qiyamçı generallarla telefon danışıqları yenidən diqqətlə araşdırılmalıdır. Onun Avropaya səfərləri də təhqiq olunmalıdır”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."