www.sinerjipro.net

SinerjiProWide
Reklam

yenicag_adil_qeybullaXəbər verildiyi kimi, həbsxanada dünyaya gətirdiyi uşağı ilə yenidən gündəmə gələn Lamiyə Quliyevanın övladının atası da bəlli olub. Bu Elnur Məmmədrəsul oğlu Rəsulovdur. O, L.Quliyevanın dediklərini təkzib edib və onunla birbaşa təmasda olmadığını bildirib. E.Rəsulov L.Quliyevaya sperma göndərdiyini vurğulayıb: “Mən onun sözü ilə aldanmışam. İstəmirəm kiminsə sözü ilə ailəm dağılsın. Orda hava yeri vasitəsi ilə danışırdıq. Ayrı-ayrı kameralarda idik. O, ikinci mərtəbədə idi, mən isə birinci mərtəbədə. O, tez-tez məhkəməyə gedib-gəlirdi. Bir dəfə məhkəmədən gələndə mənə dedi ki, kişiyə məxsus olan o şeydən lazımdı (spermanı nəzərdə tutur). İzah etdi ki, üzü səpib və üzünə vurmaq üçün istəyir. Səhərisi gün mənə iplə yumru formalı qab göndərdi. İstədiyi şeyi qabla göndərdim. Bir-iki həftə keçmişdi ki, mənə dedi ki, deyəsən, mən hamiləyəm. Dedim ki, ola bilməz”.

E.Rasulov təcridxanada görüşməklərinin qeyri-mümkün olduğunu deyib və L.Quliyeva ilə birbaşa təmaslarının olmadığını vurğulayıb.

Görəsən, qabda iplə göndərilən spermadan uşaq dünyaya gələ bilərmi?
Tibb elmləri doktoru Adil Qeybulla Yenicag.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi: “Spermanın ora göndərilməsi və uşaqlıq yoluna yeridilməsi inseminasiya adlanır. Bu süni mayalanmanın bir növü sayılır. Amma ekstrakarparal mayalanma, yəni embrionun kənardan mayalandırıb uşaqlıq borusuna yeridilməsi həbsxana şəraitində mümkün olan şey deyil. Lakin inseminasiya mümkündür. Sadəcə olaraq, şprisdə spermanın çox qısa müddət ərzində uşaqlıq yoluna yeridilməsi ilə hamilə olmaq mümkündür. Bununla belə onun nə dərəcədə real olması şəraiti bir qədər ağlabatan görünmür”.

Elçin

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 43
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."