www.sinerjipro.net

SinerjiProWide
Reklam

qripSon günlər mövsüm dəyişikliyi ilə əlaqədar Rusiyanın 20-dən çox şəhərində qrip epidemiyası yayılıb.

İnsanlar arasında bu xəstəliklərə yoluxanların sayı xeyli artıb. Bu xəstəlik əsasən, burun tutulması, boğaz ağrısı, başağrısı, qızdırma və bu kimi hallarla özünü büruzə verir.

Bəs görəsən, Azərbaycanda qrip epidemiyasının yayılma təhlükəsi varmı?

Tibb üzrə ekspert Adil Qeybulla Yenicağ.az-a danışarkən bildirib ki, qrip karantinin infeksiyası sırasına aiddir:

Adil Qeybulla ile ilgili görsel sonucu“Qrip karantinin versiyasına ona görə daxildir ki, bu virus sərhəd tanımır. Qısa müddət ərzində böyük bir əraziyə yayıla bilir. Hər halda Ümumdünya Səhiyyə Təşkilatının qrip infeksiyasının meydana gəlməsi ilə bağlı konkret raportu var. Hətta bununla bağlı primitiv tədbirlər keçirilir. Bəzən biz soyuqdəymə əlamətləri ilə keçən xəstəlikləri qriplə eyniləşdiririk, ancaq bunlar fərqli-fərqli xəstəliklərdir. Qrip infeksiyası bakterioloji olaraq, identifikasiya olunursa, demək, bu epidemiya var və yayılma təhlükəsi çoxdur. Bunun qarşısını almaq üçün də mütləq müvafiq tədbirlər görülməlidir”.

Qrip epidemiyasına qarşı tədbirlər görülsə də, bu infeksiya müəyyən ariala yayılır:

“Nəticədə ağırlaşmalar və insan təlafatı ilə müşaiyət olunur. Hətta müxtəlif qrip virusları ayrı-ayrı illərdə müxtəlif cür yayılır. Məsələn: ispan virusu, donuz virusu, quş qripi və s… Azərbaycan da isə hazırda qrip təhlükəsi var. Çünki 3 milyondan çox soydaşımız Rusiyadadır və onlar daima miqrasiya şəraitindədir”.

Ekspert qeyd edir ki, Rusiya ilə Azərbaycan hərtərəfli sıx əməkdaşdır və epidemiyanın Azərbaycana keçmək ehtimalı kifayət qədər yüksəkdir:

“Bununla bağlı tədbirlər görmək elə də asan deyil. Düzdür, real xəstələri sərhəd-buraxılış məntəqələrində saxlamaq olar, amma təəssüf ki, bu həmişə mümkün olmur. İlk növbədə daxili tədbirlər görmək lazımdır. Bununçün də mütləq maskalarla gəzmək, yeyilən qidalara diqqət etmək, xəstə əməkdaşları dərhal kollektivdən uzaqlaşdırmaq və yataq rejiminə keçirtmək vacibdir. Bundan əlavə də infeksiyanın lokallaşdırılması istiqamətində həm primitiv, həm də müalicəvi tədbirlər görülməlidir. Mümkün qədər təmaslardan qorunmaq lazımdır”.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."