Yazı İçi 468×60

unnamedAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminin istifadəsinə başlanılıb. Tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq. Müəllimlər auditoriyalarda quraşdırılan elektron tribunalar vasitəsilə EDUMAN-da şəxsi kabinetlərinə daxil ola biləcəklər.
EDUMAN sisteminin tətbiqi ilə əlaqədar UNEC müəllimləri üçün təşkil olunan təlimlərdə elektron tribuna, müəllimlərin şəxsi kabineti, elektron jurnal, sərbəst işlərin elektron qaydada qəbulu və digər mövzular haqqında məlumat verilib. Təlimin ilk günündə 110 müəllim iştirak edib. Növbəti günlərdə daha 150 müəllimin iştirakı planlaşdırılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."