www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamed (2)Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) görkəmli alim, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim Telman Hüseynovun 80 illik yubileyi qeyd olunub.

Yubiley mərasimini giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov T.Hüseynovu təbrik edərək bildirib ki, o, ömrünün 60 ildən çoxunu iqtisadçı mütəxəssis, pedaqoq və alimlərin hazırlanmasına həsr edib. Onun zəngin elmi-pedaqoji təcrübəsi bizim üçün bir məktəbdir. Respublikamızın müasir iqtisadi həyatında belə alimlərə daim böyük ehtiyac var.

Sonra ADİU-nun professorları A.Şəkərəliyev, M.Əhmədov, M.Məmmədov və digər iştirakçılar çıxış edərək, yubilyarın elmi, pedaqoji fəaliyyəti haqda danışıblar. Bildiriblər ki, Telman Hüseynov respublikamızın ən qabaqcıl iqtisadçilarından biridir. O, sənaye iqtisadiyyatı sahəsində nəinki respublikamızda, hətta bu sahədə çalışan MDB dövlətlərinin mütəxəssisləri arasında özünün xüsusi çəkisi olan bir alimdir. Onun elmi-tədqiqat obyekti Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında, inkişafında xüsusi yeri və rolu olan neftmaşınqayırma sənayesi ilə üzvi surətdə bağlıdır.

Tədbirin sonunda yubilyar ona ünvanlanan səmimi təbriklərə görə tədbir iştirakşılarına öz təşəkkürünü bildirib. Gənc iqtisadçıların hazırlanmasında bundan sonra da əlindən gələni əsirgəməyəcəyini qeyd edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 153
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."