“Adsız qadın” İstanbulda səhnəyə çıxacaq

Müəllif: Redaktor

Editor

15416940_835328833277088_1256779167_nİstanbulda dramaturq Aygün Həsənoğlunun “Adsız qadın” əsəri səhnələşdirilir.

Tamaşanın quruluşçu rejissoru Elçin İmanov, baş rolun ifaçısı Kəmalə Kamal Həbibbəyovadır.

Tamaşa İstanbul Azərbaycan Kültür Evinin layihəsi, İstanbul Şəhər Teatrları Müdirliyinin, Türk Xalqlari Konseyinin, TürkBirDev TV-nin və ayrı-ayrı Türkiyə vətəndaşlarının dəstəyi ilə səhnələşdirilir. Teleteatr şəklində hazırlanan tamaşanin vədeoçəkilişlərdə Türkiyə vətəndaşları da iştirak etmişlər.

“Adsız qadın” əsəri Xocalı soyqırımı zamanı girov götürülmüş Azərbaycan qadınının yaşantılarını əks etdirir. Qızının toyuna hazırlaşan ana düşmən işğalı nəticəsində hər şeyini itirir- həyat yoldaşi öldürülür. Oğlu əsir alınaraq işgəncələrlə qətlə yetirilir, qızı da girovluqda işgəncəyə məruz qalır. Hər cür vəhşətlə qarşılaşmış ana girovluqdan təkbaşına buraxılır. Artıq onun nə evi, nə ailəsi var. Ana keçirdiyi sarsıntılardan ruhi xəstəxanaya düşür, sonda onu danışdırmaq istəyən jurnalistə yaşadıqlarını anlatmağa başlayır ki, tamaşa da məhz onun təsvir etdikləri üzərində qurulmuşdur.

Xocalı soyqırımını əks etdirən bu əsər 2001-ci ildə yazılmışdır. Müəllifin bildirdiyinə görə, məhz bu tamaşanın Elşən İmanovun rejissor yorumu son dərəcə maraqlı və mükəmməldir. Tamaşada, əsas vurğusu günümüzdə baş verən bütün terror, qətliam, soyqırım və müharibələrdə Xocalı soyqırımı günahkarlarının cəzalandırılmamasının da rolu olduğu vurğulanır. “Atdığınız bütün güllələr məndən keçdi” deyən qadın öncə bir Azərbaycan anası, qonşu qadın, qaynana, sonra girov qadın, sarsıntılardan ağlını itirmiş ruhi xəstədən sonda bütün müharibə, soyqırım və haqsızlıqlara, işğala üsyan edən, bu üsyanın sonunda da əlinə silah alıb öz intiqamını almaq və dünya ədalətini bərpa etmək üçün döyüşməyə atılan əsgərə çevrilir.

Tamaşanın premyerası 17 dekabrda İstanbulun Üsküdardakı Kərəm Yilmazər səhnəsində olacaqdır.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır