Yazı İçi 468×60

aeroportQumbara formalı odekolona görə, sərnişinlər təxliyyə olunub

Kalininqrad aeroportunda unudularaq qalmış qumbara formalı odekolona görə, sərnişinlər təxliyyə olunub. Yaddan çıxarılmış parfümün sahibi artıq tapılıb və hüquq-mühafizə orqanları əməkdaşları onunla söhbət aparıblar.

Şübhəli predmet areroport binasının girişində aşkarlanıb. Tədqiq edildikdən sonra, məlum olub ki, bu, kişi üçün qumbara formalı parfümdür. Bölgənin operativ xidmətindəki mənbə bildirib ki, qaz-analiz yoxlaması qabda başqa heç bir qarışıq aşkar etməyib.

Mənbənin sözlərinə görə, təsadüf nəticəsi olaraq unudulmuş parfümün sahibi tezliklə aşkarlanıb və artıq hüquq-mühafizə orqanlarına ifadə verib. Bundan sonra aeroport tam rejimdə işini bərpa edib.

İnsident bu gün – aeroportun işi bərpa olunandan dərhal sonra baş verib. Xatırladaq ki, hava limanı yanvarın 5-də səhər tezdən bir sərnişin təyyarəsinin qəza enişi etməsindən sonra bağlanmışdı.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."