!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Afaq Gəncəli: “Top kimi uşaq bir anın içində yıxıldı yerə”-Fotolar

!Reklam – Yazi

185325-0Xəbər verdiyimiz kimi, “Onlar” verilişinin aparıcısı Afaq Gəncəlinin yeganə oğlu Qədirxan dünən axşam xərçəng xəstəliyindən vəfat edib.

Afaq Gəncəlinin ötən il lent.az-a verdiyi müsahibədən 13 yaşlı oğlu ilə bağlı kiçik hissəni təqdim edirik:

“Bilirsiniz, dərd bir dəfə gəldisə, gərək qapıları açıq qoyasan. Mən zərbələri ardı-ardıca aldım. Atamdan sonra oğlumun səhhətində olan problemlər məni çökdürdü. Dostlarım dedi ki, səndə olan gücə məəttəl qalmışıq. Mən elə bilirdim ki, sıradan bir qadınam. Amma indi gördüm ki, güclü insanam.

Oğlum çox ciddi əməliyyata girdi. Bir anın içində tək balam ölümlə üz-üzə qaldı. Heç ailə üzvlərimin xəbəri olmadan, rəfiqəm Nərgizlə elə bir çətin duruma düşdüm ki, həyatı bitmiş sayırdım. Bir tək əlimi Allaha açdım, gecə-gündüz yalvardım, dua etdim. Çox bahalı əməliyyat idi, pulum isə yox idi. Pulu tapmasaydım, əməliyyata almırdılar. Əməliyyata girməsəydi də dilim də gəlmir nəticəni deməyə, o baş verərdi.

(Bir xeyli susdu və göz yaşları süzülərək davam etdi)

Allahıma üsyan etdim. Dedim, Ya Rəbbim, niyə bunu etdin axı? Tanımadığım bir ölkədə, qarşımda oğlumun həyatı və ödəyə bilməyəcəyim sıfırlar… Belimdə heç bir sıfır belə yox idi. Oğlumu ölümə buraxmalı idim? Yox! Amma ağız açmağa heç bir kəsim də yox idi. Uşağımı arabada, ayağını sürütləyə-sürütləyə təyyarəyə mindirdim. Heç nə edə bilməyəcəyim halda getdim. Mənə zəng edən hər kəsə deyirdim ki, qurban olum, oğluma dua edin. Allah heç kimə göstərməsin. Milyonda bir adamda ola biləcək xəstəlik mənim oğlumda idi. Onun beyninin onurğa sinirində vəz var idi. Həkimlər dedi ki, biz bu əməliyyatı edirik, amma sənin uşağın iflic ola bilər. İnanın, ayaqlarım yerdən qopdu. Top kimi uşaq bir anın içində yıxıldı yerə. Elə bir aparat gətirdilər ki, onun əməliyyatdan çox qiyməti var idi. Əgər o aparatsız etsəydilər, uşaq iflic olacaqdı. Bu sözləri eşidirdim, amma onda belə, o əməliyyatı ödəyəcəyim vəsait yox idi. Allah birdən üzümə baxdı. Bir gecə ərzində mənə bir adam kömək etdi. Bəlkə də heç kim inanmaz, mən həmin adamın üzünü belə görməmişdim. Bir tək adını eşitmişdim. O insan bircə kəlimə söz soruşdu, “nə qədər lazımdır?”. Və o adam mənə 20 min pul verdi.

Oğlum çox çətin əməliyyatdan çıxdı. Əməliyyatdan ayılanda onun bir sualı oldu “hanı mənim ayaqlarım?”. İndi yaxşıdır şükür, amma hələ də yerimir. Hazırda Ankarada müalicə alır. Bir il orada olacaq. Mən ayda iki dəfə Türkiyəyə gedirəm.

Həmişə səs-küylə dolu olan ev indi üstümə gəlir. Evimizi elə boş görüncə, dəli oluram. Sağ olsun Nərgiz, yanımda qalır. Görün, məni qınamağa dəyərmi? Mənim nələr çəkdiyimi onlar haradan bilər axı?! Mənə nələr yazdılar?! Heç kimə cavab vermədim. Bircə kəlimə ürəyimdə dedim ki, Allah sizə mənə yaşatdıqlarını göstərməsin”.

 

www.yenicag.az

2910
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv