!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA cəza yağdırdı

!Reklam – Yazi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yeniçağ.az xəbər veri ki, bu barədə PFL-in saytında məlumat yayılıb. İclasda aşağıdakı qərarlar qəbul edilib:
Birinci divizionun 22-ci turunun “Şəmkir” – “Qaradağ Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ Lökbatan”nın futbolçusu Elmin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Birinci divizionun 22-ci turunun “Şahdağ” – “Səbail” matçında “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunurb.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “Qəbələ” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 13-cü dəqiqəsində “Zirə”nin futbolçusu Rəvan Kərimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “İnter” – AZAL matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Yeniçağ.az

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv