AFFA-dan klublara cəza və cərimələr

Müəllif: Redaktor

Editor

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Yeniçağ.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 17-ci turunda aş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Azərbaycan Premyer Liqasının XVI turunun AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində AZAL klubunun futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XVI turunun “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 5, “Kəpəz” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

Oyunun 28-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Meza Kolli və oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir