!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AFFA millimizi özbaşınalıq edən məşqçiyə tapşırdı

!Reklam – Yazi

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu vəzifə braziliyalı mütəxəssis Joze Alesio Da Silvaya həvalə olunub.

Azərbaycan yığmasının və “Araz”ın sabiq baş məşqçisi 3 illik fasilədən sonra millimizə dönüb. 49 yaşlı mütəxəssis 2014-cü ildə ayrıldığı posta yenidən qayıdıb.

Qeyd edək ki, Alesio 2014-cü ildə yığmamızdan qalmaqalla ayrılıb. Cənubi amerikalı karyerasını davam etdirmək üçün Qazaxıstana yollanıb. Lakin müqaviləsi olan çalışdırıcı vəzifəsini özbaşına tərk edib. Braziliyalı bu postu “Kayrat”da köməkçi məşqçi vəzifəsinə dəyişib. Bundan narazı qalan AFFA Qazaxıstan Futbol Federasiyası və baş məşqçinin qaçdığı “Kayrat”a şikayət məktubu da göndərib. Buna baxmayaraq, məşqçi fəaliyyətini Qazaxıstanda davam etdirməyə nail olub.

Yenicag.az

www.yenicag.az

961
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv