AFFA-nın baş katibi serialda – VİDEO

Müəllif: Redaktor

Editor

245128AFFA-nın baş katibi Elxan Məmmədovun həm də gözəl aktyorluq məharəti varmış.

Baş katib 13 il öncə, 24 yaşında “Bəyaz həyat” filminə çəkilibmiş. Xatırladaq ki, hazırda 36 yaşı olan Məmmədov 9 ildir AFFA-nın baş katibidir.

Filmin hazırda Avropada yaşayan rejissoru Rahim Sadıqbəyli Ölkə.az-a açıqlamasında bunları deyib:

“Elxan bəy o vaxt bizim sponsor Nahid Kabakçının sahibi olduğu “Natavan senter”in baş meneceri idi. Faktiki olaraq filmin ərsəyə gəlməsində onun çox böyük dəstəyi oldu. Həmin epizod da belə yaranıb. Nahid bəyi çəkərkən Elxandan xahiş etdim ki, ingiliscə bir kəlmə de, epizoda girə bilək. O da sağ olsun, razılıq verdi”.

Filmin videosunu (Elxan Məmmədov 42-ci dəqiqədən etibarən) təqdim edirik.

Qeyd edək ki, çox seriyalı filmdə dövlət katibinin oğlu Riyadla (Kamal Dəniz) sadə qadın Nigar (Vəfa Rzayeva) arasında olan məhəbbət macərasından və bunun müqabilində rastlaşdıqları bir sıra çətinlikləri mətinliklə dəf etmələrindən danışılır. Filmdə Riadın dostu Aqil Quliyevin obrazında narkotik maddələrdən istifadəyə dair epizodlar çoxdur.(Qaynarinfo)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir