!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA Prosineçkini göndərir - Rəşad Sadıqov millimizdə?

!Reklam – Yazi

Sabah Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya millisinin qonağı olacaq.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu, yığmamızın baş məşqçisi Robert Prosineçkinin Azərbaycan millisində son matçı olacaq.

Belə ki, AFFA rəhbərliyi dekabrın 3-də müqaviləsinin müddəti başa çatacaq xorvatiyalı mütəxəssislə sözləşməni yeniləməyəcək. Heç Prosineçkinin özü də bu postda qalmaqda maraqlı deyil. O, daha sərfəli təklifləri gözdən keçirəcək.

Assosiasiya rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına da başlayıb. Maraqlıdır ki, namizədlər arasında Çexiya ilə matçda milli karyerasını başa vuran Rəşad Sadıqovun da adı var. Mənbə bildirilir ki, “Qarabağ”ın U-19 komandasının baş məşqçisi olan sabiq kapitan namizədlər arasında ən şanslı olandır.

Qeyd edək ki, cari tsikldə millimiz Prosineçkinin rəhbərliyində 10 xal qazanıb. Bu xallardan 6-ı da “cırtan” San-Marino üzərində səfərdə və evdə qazanılan qələbərə görədir. Digər 4 xala gəlincə, millimiz evdə Norveçi məğlub edib, Çexiya ilə isə səfərdə qolsuz bərabərə qalıb.

www.yenicag.az

5718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv