AFFA İntizam Komitəsi “Qarabağ”ın şikayətini rədd edib.

Yeniçağ.az-ın verdiyi, İK-nin bu gün keçirilən iclasında Ağdam klubunun futbolçusu Ağabala Ramazanova Azərbaycan Premyer Liqanın 18-ci turunda “Kəpəz”lə oyunda göstərilən sarı vərəqənin ləğvi ilə bağlı müraciətinə münasibət gözlənilən kimi olmayıb. Yəni hakim Ömər Paşayevin göstərdiyi vərəqə haqlı sayılıb və Ağdam təmsilçisinin ümidini puça çıxarıb.

A.Ramazanov bu vərəqəni almaqla sarı cəza limitini doldurub. Buna görə də o, “Qəbələ” ilə Premyer Liqanın 19-cu turunun oyunununda iştirak edə bilməyəcək.

Xatırladaq ki, “Kəpəz”lə matçın ikinci hissəsində meydana çıxan A.Ramazanov bilmədən, arxası “Kəpəz”in qapıçısı David Kərimiyə tərəf olub və qolkiper topu zərbə ilə oyuna daxil edərkən onunla toqquşub. Nəticədə hər iki futbolçu zədə alıb və meydana həkimlər çıxıb. Bu səbəbdən o, sarı vərəqə alıb. “Qarabağ” oyundan dərhal sonra görüşün protokuluna vərəqənin ləğvi ilə bağlı qeyd verib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."