!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AFFA təkzib etdi - "Onun müqaviləsi var"

!Reklam – Yazi

İddiaya görə, futbol üzrə milli komandamızın baş məşqçisi Robert Prosineçki növbəti mövsümdən etibarən Türkiyənin “Bursaspor” klubunu çalışdıracaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirlirdi ki, Mutlu Topçunun işindən narazı olan klub rəhbərliyi millimizin baş məşqçisinə göz qoyub.

İddiaedilir ki, “Bursaspor”la Prosineçki arasında artıq razılıq əldə edilib. İyun ayında millimizlə müqaviləsi başa çatacaq xorvat mütəxəssis növbəti mövsümdən etibarən Bursa təmsilçisini çalışdırmaqla bağlı söz verib.
Yeniçağ.az xəbər verir ki, məsələyə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu aydınlıq gətirib. Qurum rəsmisi yayılan xəbər təkzib edib:

“Prosineçkinin DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər AFFA ilə müqaviləsi var. O bu müddətə qədər heç yerə getməyəcək. Buradakı işini başa vurmayıb”.

 

Yeniçağ.Az

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv