!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Afinadan nəticə ilə dönmək istəyirik" - İlqar Qurbanov

!Reklam – Yazi

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını Afinada davam etdirir.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı İlqar Qurbanov komandanın qarşıdakı oyuna hazırlığı, həmçinin II təsnifat mərhələsinin “Yagelloniya” ilə görüşləri barədə fikirlərini açıqlayıb:

“Mübarizəyə başladığımız II təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın “Yagelloniya” klubu ilə evdə keçirtdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab oyununa daha yaxşı hazırlaşdıq. Bu da normaldır. Çünki təlim-məşq toplanışından sonra ilk matçlar çətin olur. Həm komanda tam hazır olmur, həm də yeni futbolçulara uyğunlaşmağa müəyyən vaxt lazım gəlir. Buna baxmayaraq, cavab görüşündə oyunumuzu yaxşı tərəfdən göstərə bildik. Cavab matçında təmkinli mübarizə apardıq. Rəqib də ilk oyunu təhlil etmişdi. Bakıdakı qarşılaşmada rəqibə bir neçə əks-hücum imkanı vermədiyimizdən arxaya çəkilib, bizi meydanın özünə aid hissəsində gözləyirdi. Lakin biz səbirli olub, topa nəzarət etməyə çalışdıq. Matçın əvvəlində qol vurmağımız isə bizi daha da ruhlandırdı. Polşadakı oyunda komanda şəklində yaxşı mübarizə apardıq”.

“Panatinaikos” haqda fikirlərini açıqlayan Qurbanov Afina səfərində də uğur qazanmağa iddialı olduqlarını bildirib:

“Səfərdəki ilk oyuna matçın baş tutacağı Afinada hazırlaşırıq. Artıq bir neçə gündür ki, məşqlərimizi Yunanıstanda keçirik. Səfərdəki ilk görüşdən maksimum nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdur. “Panatinaikos” öz sözünü demiş komandadır. Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub. Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”.

Yenicag.az

 

www.yenicag.az

859
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv