!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağcabədidə vəzifəli şəxsin öldürdüyü insanın qanı batırıldı

!Reklam – Yazi

kimse-carpmayinca-kendisi-arabaya-carpan-adamHakim Xanlar Fərhadova Laçın rayon Suvarma Sistemləri İdarəsinin baş mühasibi Asif Quliyevə layiq olduğu cəzanı verməyə “nələr” mane oldu?

Redaksiyamızın ünvanına tükürpədici cinayət ilə bağlı məktub daxil olub. Məktub əyalətdəki hüquq skandalı ilə bağlıdır. Bir insanı vəhşicəsinə qətlə yetirən birisinə humanist münasibət haradan qaynaqlanmaqdadır? Məktubu olduğu kimi oxucuların ixtiyarına buraxırıq:

“Ağcabədi rayon Məhkəməsinin hakimi Etibar Quliyevin ardınca məhkəmə sədri Xanlar Fərhadov qanunları tapdadı. Maşınla adam vuran şəxs islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndərildi. Təbii ki, şəxsi imkanları, pulu və verdiyi rüşvət ona kömək etdi. Bu barədə ölkə prezidenti İlham Əliyevin avtoşlarla bağlı səsləndirdiyi fikirlərə belə əhəmiyyət verilmədi.

Belə ki, Laçın rayon Suvarma Sistemləri İdarəsinin baş mühasibi Quliyev Asif İdris oğlu 04 Yanvar 2014-cü ildə Ağcabədi rayonunun Yastı yol deyilən ərazisində iş yoldaşı Sədrəddin kişinin nəvəsinin kiçik toy məclisindən evə gələrkən Heydər Əliyev parkına paralel olan yolda axşam saat 20:00 radələrində Məmmədov Rafiq Dadaş oğlunu maşınla vuraraq, 45 metr sürüyərək vəhşicəsinə öldürüb. İçkili olduğu halda rayon Ekspertiza və Anatomiya Şöbəsinin növbətçi həkimi Elbrus Bədəlov onun spirtli içki qəbul etmədiyinə dair rəy verib. Təbii ki, burada da Quliyev Asifin pulu önəmli olub. Quliyev Asif izahatında isə maşını 50-55 km/saat sürətlə idarə etdiyini, mərhumu vurarkən yolun qaranlıq olduğunu yazıb. Daha doğrusu, ona belə məsləhət biliblər ki, yazıb. Polisin apardığı araşdırmadan isə məlum olub ki, mərhumu vuran zaman 48 metr maşının qabağında sürüyüb. 48 metr sürünmə faktı məhkəməyə də təqdim olunan sənədlərdə öz əksini tapıb. Lakin müqəssir Quliyev Asif İdris oğlu barəsində həbs qətiimkan tədbiri 13 Fevral 2014-cü ildə hakim Etibar Quliyev tərəfindən ləğv edilərək, ev dustaqlığı ilə əvəz olunub. Şirvan Appelyasiya Məhkəməsi 19 Fevral 2014-cü ildə Appelyasiya şikayətini təmin edib. Maşınla adam vuran vəzifəli şəxs Quliyev Asif İdris oğlu barəsində təkrar həbs qətiimkan tədbiri seçilib.

Ədliyyə Nazirliyi isə hakim Etibar Quliyevdən yol verdiyi qanun pozuntusuna dair olunan şikayəti baxılması üçün təkrar Ağcabədi rayon Məhkəməsinin sədrinə göndərib. İş Etibar Quliyevdən alınıb, hakim Xanlar Fərhadova həvalə edilib. Etibar Quliyevin yol verdiyi qanun pozuntusuna görə isə bu günə qədər hüquqi qiymət verilməyib. Cinayət işinə baxılması üçün məhkəmə tarixi 21 Aprel, sonda isə 30 Aprel 2014-cü il tarixinə salınıb. 21 və 30 Aprel tarixli məhkəmə proseslərində isə aydın olub ki, hakim Xanlar Fərhadov baş mühasibə 5 ildən az və ya 5 il iş verməklə onu islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndərmək istəyir. Müqəssirin içkili olmadığı, himayəsində azyaşlı uşağın olduğu, birinci cinayət işi olduğu əsas götürülərək bunu etmək istəyirlər. Və belə də olur. 30 Aprel 2014-cü ildə saat 15:00-da hökm elan olunur. Laçın Suvarma Sistemləri İdarəsinin baş mühasibi (avtoş) Quliyev Asif İdris oğluna Xanlar Fərhadovun sədrliyi ilə keçən məhkəmə prosesində 5 il iş verilir. Beləliklə, müqəssirə 5 il və ya ondan bir neçə gün az işin veriləcəyi proqnozu özünü doğruldur, cəmiyyət həyatı üçün pis tendensiyanın davam etdirilməsinə dair daha bir məhkəmə hakimi tərəfindən yaşıl işıq yandırılır. Saatda 130 km/saat sürətlə maşını idarə edib Məmmədov Rafiq Dadaş oğlunu vurub öldürən Quliyev Asif İdris oğlu islah əmək müəssisəsinə deyil, islah əmək düşərgəsinə göndərilir. Yəni, maşınla adam vurub öldürənə gündüzlər düşərgədə, axşamlar evində gecələmək məsləhət bilinir. Mərhumun qanı 6 min manat pulla batırılır. Mərhumun ailəsi isə yerli məhkəmə qərarından Appelyasiya şikayəti verməyə hazırlaşır.

Həqiqət isə fərqli olduğundan, nədən hakim Xanlar Fərhadov aşağıdakı xüsusatları nəzərə almadı?

1. 50-55 km/saat sürətlə gələn maşın vurduğu insanı 48 metr qabağında sürüyə bilərmi? Sürüyə bilərsə, tormozlanma yolu deyilən anlayış nə üçündür? Axı həmin müddət sürətin geriyə getməsi baş verməli idi ki, bu da həmin yolda hadisə baş verən an sürətin kvadratı ilə mütənasib olmalı idi. Yəni, Xanlar Fərhadov bunu bilmir ki, nəzərindən qaçırır? Pul ilə verilən ekspertiza həkimin rəyini əsas götürür, əslində ekspertiza həkiminin rəyi məhkəmə hakimi tərəfindən ifşa edilməli idi.

2. Quliyev Asif İdris oğlu izahatında hadisə baş verən gün yolun qaranlıq olduğunu yazıb. Hadisə Heydər Əliyev parkına paralel yolda baş verib. Orada da gecə-gündüz işıqlar yanır. Bunu da nəzərə almaq olmazdı?

3. Müqəssir izahatında işdən gəldiyini qeyd edib. Həqiqətdə isə toydan gəlirmiş. Bunu toyun kasetinə, toyda iştirak edən şəxslərin izahatının alınması ilə təsdiq etmək olmazdımı? Bununla Fərhad Xəlilovun özü üçün belə istisna olmayan, cəmiyyət həyatı üçün qorxulu şəkil ala bilən halın qarşısını almaq olmazdımı?

Və ən nəhayət fakt odur ki, kimin pulu, vəzifəsi, adamı varsa, maşını sürətlə idarə edə bilər. Hətta, maşınla adam da vura bilər. Buna nümunə isə 30 Aprel 2014-cü ildə Xanlar Fərhadovun sədrliyi ilə keçirilən məhkəməni göstərmək olar. Quliyev Asif İdris oğlu məhkəmədən islah əmək düşərgəsinə göndərilib. Bəli, bəli, müəssisəyə deyil, düşərgəyə…” Ayda 60-70 manat verməklə, heç getmək lazım olmayan düşərgəyə…

Yazıda adı çəkilən şəxslərin mövqeyini də dərc etməyə hazırıq.  

 

 

www.yenicag.az

890
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv