!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ağdam: məhv edilmiş şəhərin tarixi” adlı kitab işıq üzü gördü

!Reklam – Yazi

23 iyul 2017-ci il…  Ağdam şəhərinin işğalından 24-cü il ötür.

Yenicag.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev 24 ildir ki, işğal altında olan şəhərimizlə bağlı yazdığı “Ağdam: məhv edilmiş şəhərin tarixi” adlı kitabını oxucuların ixtiyarına verib.

Bu, Z. Əliyevin sayca 13-cü kitabıdır. Kitabda işğal altında olan Ağdam şəhərinin tarixi barədə ətraflı məlumat verilib. Ağdam  Azərbaycanın qədim və çox qədim tarixə malik şəhərlərindən biridir. Eyni zamanda Ağdam bu gün xarabalıq, viran edilmiş yurddur. Onun 6 mindən çox şəhidinin ruhu narahatdır. Ruhlar şəhəridir, Ağdam. Orada indi yalnız xaraba binaların divarları qalıb. Kitabda xarabazarlığa çevrilən o vətən torpağının yaranması, Azərbaycan tarixindəki yeri, “Ağdam” sözünün etimologiyası, toponim və oykonimləri ətraflı şəkildə öz əksini tapıb. Kitabda eyni zamanda bu şəhərdə yaşayan tayfalar, Ağdamda baş verən mühüm tarixi hadisələr, dünya elminə öz sözünü deyən ağdamlılar barədə də məlumatlar verilir. Kitabda bu qədim diyarın ölkənin idman, mədəniyyət, elm, təhsil və digər sahələrində oynadığı rol da öz əksini tapıb. Müəllif  işğala məruz qalan tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin siyahısını təqdim edir, kəndlərin tam adları yazır, Ağdamda anadan olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını alan şəxslər barədə də geniş məlumat verir.

Qeyd edək ki, kitabın elmi məsləhətçisi fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, rəy bildirəni Leila Kiani (İsveç, Stokholm şəhəri, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini) və redaktoru Sultan Mərzilidir (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Moskvada “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin Poeziya və Nəsr üzrə katibi).

Yenicag.az

www.yenicag.az

1572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv