Ads by Google

hightechnic
Ads by Google

adaasErməni işğalçı qüvvələri Ağdamda salamat qalmış yeganə tikilini – tarixi məscidi hərbi qərargaha çeviriblər.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Belarus saytının müxbirinin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir. Jurnalist Xankəndindən taksi ilə Ağdama tərəf gələndə yolda çoxlu sayda hərbi texnika və əsgərlərlə dolu maşınla rastlaşdığını yazır. Əsgərlər taksidə kimin getdiyinə baxmaq istəyirlər, ancaq Qarabağda hətta sınıq-salxaq maşınların belə şüşələrinə qara plyonka çəkilib. Bu səbəbdən maşında kimin getdiyini görmək elə də asan deyil. Eləcə də jurnalist maşından ətrafa baxıb harada olduğunu müəyyən edə bilmir, Ağdama çatdıqlarını ancaq dağılmış yollardan başa düşür.

“Müharibəyə qədər Ağdamda 30 minə qədər azərbaycanlı yaşayırdı, indi bir nəfər də qalmayıb. Ağdam bazarı hər yerdə məşhur idi. Ermənilər xatırlayır ki, orada cinsdən tutmuş silaha qədər hər şey satırdılar”, – jurnalist yazır.

Reportajda deyilir ki, ermənilər 1993-cü ildə şəhəri işğal edəndən sonra tamamilə talayıblar və məhv ediblər. “Şəhərdə salamat qalmış yeganə tikili məsciddir. Əvvəllər Qarabağa gələn xarici turistlər məscidin minarəsinə çıxıb şəhərin xarabalıqlarını çəkə bilirdi. İndi aprel döyüşlərindən sonra məscidə yaxın getmək mümkün deyil. Orada hərbi qərargah təşkil edilib”, – belaruslu jurnalist yazır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 131
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."