Ağdamda avtomobilin vurduğu azyaşlı ölüb – Foto (Yenilənib)

Ağdamda avtomobilin vurduğu azyaşlı ölüb – Foto (Yenilənib)

Müəllif: Redaktor

Editor

fa072753e99b5e64514a3054a8f0c902Ağdamda avtomobillə vurulan 6 yaşlı məktəbli xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-nın Qarabağ bürosuna Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Həkimlər ağır xəsarətlər alan azyaşlını xilas edə bilməyiblər.

Qeyd edək ki, hadisə bu gün Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elgün Təhməzlinin idarə etdiyi “VAZ 2106” markalı, 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.

Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

15:02

Ağdamda 6 yaşlı məktəblini maşın vurub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elgün Təhməzlinin idarə etdiyi “VAZ 2106” markalı, 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.

Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi xəbərə görə, xəsarət alan qızın vəziyyəti orta-ağırdır.

Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, E. Təhməzlinin idarə etdiyi maşın onun dayısı Vüqar Allahverdiyevə məxsusdur.

Faktla bağlı araşdırma davam edir.

***

13:47

Ağdamda avtomobil 6 yaşlı məktəblini vurub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün Quzanlı qəsəbəsində qeydə alınıb.

Birinci sinif şagirdi Məmmədova Zəhra Mayis qızı yolu keçəndə “VAZ 2101” markalı avtomobillə vurulub. 6 yaşlı qız ağır bədən xəsarətləri alıb. Təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan məktəblinin vəziyyətinin ağır olduğu açıqlanıb.

Hadisəni törədən sürücünün də xəsarət aldığı və xəstəxanaya aparıldığı bildirilir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti