Ağdamda şəhid olan Qarabağ qazisinin FOTOSU (Yenilənib)

Müəllif: Redaktor

Editor

13115463_1279070942122528_2060391380_nÖtən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, 8 mülki şəxsi isə yaralanıb.

Ağdamın Çəmənli kəndinin bələdiyyə sədri Pənah Hüseynov AzVision.az-a açıqlamasında bildirib ki, düşmən təxribatı nəticəsində həlak olan kənd sakini Famil Əli oğlu Mustafayev birinci Qarabağ müharibəsinin veteranı olub.

“1966-cı il təvəllüdlü Famil Mustafayev Qarabağ döyüşlərində iştirak edib, qazidir. Familin 3 övladı var. Hazırda mərhumla dəfn mərasimi keçirilir”.

Qeyd edək ki, ermənilərin açdığı atəş nəticəsində yaralanan mülki şəxslərdən ikisinin vəziyyəti ağırdır. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur.

Yaralılar xəstəxanaya yerləşdirilib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır