Ads by Google

hightechnic
Ads by Google

cebhe_sAğdam rayonunda yerləşən “Qara inək fermer təsərrüfatı” MMC-nin binasına “qrad” və top mərmisi düşüb.

Heyvandarlıq kompleksinin rəhbəri Fuad Əyyubzadə bildirib ki, gecə atəşkəsin pozulması nəticəsində rayonun Əfətli kəndində yerləşən fermer təsərrüfatına ciddi ziyan dəyib: “Kompleksə düşən qrad və top mərmisi nəticəsində 11 baş iribuynuzlu heyvan ölüb, 19-u isə yaralanıb”.

O qeyd edib ki, “Qara inək fermer təsərrüfatı” MMC İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına qurulub: “Kompleks inəklər Almaniyadan və digər xarici ölkələrdən gətirilib”.(Report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."