!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AGF: Güləş fəndlərinin qiymətləndirilməsində dəyişikliklər edilib

!Reklam – Yazi

Güləş idman növünün daha da populyarlaşması və gülüəş marağın artırılması məqsədilə Dünya Güləş Birliyi güləş qaydalarında mütəmadi olaraq dəyişikliklər edir.

Yeniçağ.Az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, mart ayının 20-dən etibarən bir sıra yeni dəyişikliklər qüvvəyə minib.

Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə bütün yaş qruplarına aid olan qayda dəyişiklikləri

– Sərbəst güləşdə bütün qayda pozuntuları (xalçadan kənara qaçma, rəqiblə təmasdan qaçma, qaydalar zidd hərəkətlər) xəbərdarlıq və rəqibə 2 xal verilməsi ilə nəticələnəcək. (Yunan-Roma güləşində olduğu kimi)

– Sərbəst güləşdə ayaq üstə edilən və təhlükəli vəziyyətlə yekunlaşmayan bütün atmalar 2 xalla qiymətləndiriləcək. (Yunan-Roma güləşində olduğu kimi)

– Sərbəst güləşdə tətbiq edilən yüksək amplituda ilə icra edilən fənd təhlükəli vəziyyətlə yekunlaşarsa 5 xal, təhlükəli vəziyyət qeydə alınmazsa 4 xalla qiymətləndiriləcək. (Yunan-Roma güləşində olduğu kimi)

– Sərbəst güləşdə 30 saniyə aktivlik vaxtı sonunda güləşçilərdən hər hansı biri xal almazsa passiv olan güləşçinin rəqibinə görüş dayandırılmadan 1 xal veriləcək, aktivlik vaxtı tətbiq olunan güləşçiyə xəbərdarlıq verilməyəcək.

– Görüş zamanı xalça hakimi və yan hakim səhv qərar verərsə, xalça rəhbəri qərarı müzakirə edərkən onlarla birgə video-təkrara baxa biləcək.

– Qanayan zədələnmələr zamanı həkimə müraciət üçün 4 dəqiqə vaxt ayrılacaq. Digər zədələnmələrdə əvvəlki qayda tətbiq ediləcək.

– Yunan-Roma güləşində passivliyə görə tətbiq edilən parter qaydası ləğv edilmişdi. Bu qaydada hər hansı dəyişiklik edilməyib.

Qeyd edək ki, 8-9 aprel tarixlərində Bolqarıstanda təşkil olunacaq Dan Kolov-Nikola Petrov beynəlxalq turnirində passivliyə görə məcburi parter tətbiq edilməsi qaydası bir daha sınaqdan keçiriləcək və yekun qərar ondan sonra veriləcək.

28 mart – 2 aprel tarixlərində Macarıstanda baş tutacaq U-23 Avropa çempionatı isə partersiz sistem ilə keçiriləcək.

Yeniçağ.Az

www.yenicag.az

1673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv