!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağır durumda olan jurnalistin valideynləri prezidentə müraciət etdilər

!Reklam – Yazi

img1999902Cəbhə bölgəsindən hazırladığı reportajlarından tanıdığımız jurnalist, AzTV-nin Qarabağ bürosunun rəhbəri, hazırda ağır durumda olan Sənan Həsənoğlunun valideynləri – Həsən və Solmaz Abdullayevlər prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.

Müraciətdə bildirilir ki, müxtəlif KİV-də çalışmış, hazırda isə AZTV-nin Qarabağ bürosunun rəhbəri kimi fəaliyyət göstərən Sənan Həsənoğlu ağır ürək xəstəliyindən əziyyət çəkir.
Müraciətdə deyilir: “Sizin hər bir Azərbaycan vətəndaşına və onun problemlərinin həllinə sayğı ilə yanaşdığınıza, daim bu cür xeyirxah əməllərinizin şahidi olmuşuq və inanırıq ki, bizim müraciətimizə biganə qalmayacaqsınız.

Diqqətinizə çatdırırıq ki, Sənan Həsən oğlu Abdullayevin iki həftə öncə vəziyyəti qəfildən yenidən pisləşib, ikinci dəfə ürəyində baş qaldıran ağrılar onu yataq xəstəsinə çevirib. Sənan 2015-ci ilin avqust ayının 28 də ürəyindən Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunmuşdu. Hazırda onun durumu kritikdir, müalicəsini və təcili həyata keçirilməli olan ikinci ürək əməliyyatının xərcini qarşılamaqda çətinlik çəkirik.

Sənanın 3 övladı var, uzun illərdir xəstə olan anası və atası onun öhdəliyindədir. Mətbuatda öz imzasını təsdiqləmiş, vicdanla çalışmış, vətənpərvər, dövlətçilik prinsiplərimizi, milli maraqlarımızı daim təbliğ etmişdir.

Sənanın sağalması, balalarını böyütməsi üçün Sizə müraciət etmək məcburiyyətindəyik. Sənan yaxın günlərdə qız övladının toy mərasiminə hazırlaşırdı, lakin durumu qəfildən pisləşdi və indi o, “ən böyük arzum balamın toyunu görməkdir” deyir.

Bizim də bu imkanlarımızın məhdud olması, həmçinin, vəsaitlərin qısa bir zaman üçün əldə etmək zərurəti yarandığından Sizdən köməklik göstərməyinizi xahiş edirik. Biz Sizə güvənirik!”

Müraciəti Sənan Həsənoğlunun valideynləri Həsən və Solmaz Abdullayevlər imzalayıb.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv