!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsuda baş verən qətlin təfərrüatları-Fotolar

!Reklam – Yazi

37ab37153167e6bf39ba40446b57f20aAğsu rayonunda törədən qətl hadisəsinin təfərrüatları məlum olub.

Ağsu şəhər sakini, 1977-ci il təvəllüdlü Baxışov Tərlan Əzizbala oğlunun həmyerlisi, 1980-ci il təvəllüdlü Osmanov Rüstəm Şamxal oğlunu pul borcuna görə öldürdüyü açıqlanıb.

Saxlanılaraq istintaqa təhvil verilən, rayonda dindar kimi tanınan, bağçılıqla məşğul olan Hacı Tərlan deyib ki, tanışı Rüstəmi ona olan pul borcuna görə aralarında baş verən dava zamanı qətlə yetirib.

Məlumata görə, R. Osmanov əvvəllər Hacı Tərlanın avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərərək Ağsudan Bakıya sərnişin aparıb. Sonra R. Osmanov özünə avtomobil alaraq fəaliyyətini davam etdirməyə başlayıb. Onların arasında şərik işlətdikləri avtomobilə görə borc pul problemi yaranıb. Telefon danışığı zamanı bir-birlərini təhqir etmələri davaya səbəb olub. T. Baxışov R. Osmanovu yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarətlər alan R. Osmanov hadisə yerində dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Ağsu rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Oktyabrın 22-də Ağsu şəhərində yaşayan Tərlan Baxşıyev həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Rüstəm Osmanova xəsarət yetirib. R.Osmanov hadisə yerində ölüb.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub. Hadisəni törədərkən istifadə etdiyi “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır(APA).

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv