Yazı İçi 468×60

6ahhvhJYiv1IBir ağızda 232 diş ola bilər.

Hindistanda diş ağrıları çəkən Aşiq Gavainin ağzında nadir görülən bir xərçəng səbəbindən 232 diş olduğu məlum olub. Mumbaidə baş verən hadisə, Maharastrayan əyalətinin Buldhana bölgəsində yaşayan 17 yaşlı Aşiq Gavainin sağ alt çənəsindəki ağrıdan qaynaqlanıb. Həkim əməliyyata başlayanda daha əvvəl heç görmədikləri bir vəziyyətlə qarşılaşdıqlarını, gəncin sağ alt çənə üyüdücü dişlərinin dibində diyircək ölçüdə dişlərlə qarşılaşdığını deyib. Həkimlər 6 saat davam edən əməliyyatda Aşiq Gavainin ağzından 232 kiçik diş çıxarıb. Əməliyyata qatılan həkimlər stomatologiya tarixi baxımından əhəmiyyətli gördükləri bu əməliyyat üçün Ginnes Rekordlar Kitabına müraciət etməyi düşündüklərini deyiblər.

Gəncin dişindəki narahatlığın, bir növ kompleks diş şişi olaraq adlandırılan “Odontoma” olduğu bildirilib. Bu xəstəlik insanın yeməkləri üyüdülməsində və udmasında ciddi çətinliklərə səbəb olur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."