“Aİ-92 və dizel yanacağının qiyməti artacaq” – Ekspert

Müəllif: Redaktor

Editor

Ötən gün “Aİ-95” premium markalı benzinin qiyməti artdı. Bununla bağlı sosial şəbəkələrdə “varlıların benzinin qiyməti qalxdı” deyə müzakirələr başladı. Çünki son model bahalı avtomobillər “Aİ-95” və “Aİ-98” markalı benzinlə hərəkət edir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Samir Əliyev deyib ki, Azərbaycanda benzinin qiyməti istisna hallardan başqa, dövlət tərəfindən tənzimlənir. Onun sözlərinə görə, lakin “Aİ-95” və “Aİ-98” tənzimlənmir: Samir Əliyev ile ilgili görsel sonucu

“Bunu da onunla əsaslandırırlar ki, bu benzin markaları xaricdən gətirilir. Tənzimlənən qiymət Azərbaycanda istehsal olunan benzinə məxsus olmalıdır. Tutaq ki, sabah Azərbaycanda “Aİ-95” markalı benzin istehsal olunsa, bu halda onun qiyməti Tarif Şurasının tənzimlədiyi qiymət səviyyəsində olmalıdır. Çünki ölkə daxilində istehsal olunan məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Bunun özü sual doğurur… İndi böyük əksəriyyət avtomobil sahibləri “Aİ-92” markalı benzin işlədir. “Aİ-95” və “Aİ-98” markalı benzindən əsasən bahalı və yeni avtomobillərdə istifadə edilir. Amma hər bir halda Azərbaycanda proses zəncirvari baş verir. Əgər hər hansı bir benzin markasının qiyməti qalxırsa, bu, artım səviyyəsində iqtisadiyyata təsir göstərir”.

S.Əliyev deyib ki, “Aİ-95”-in qiymətinin qalxması “Aİ-92” markalı benzinə təlabatı artıracaq:

“Çünki əhalinin bir hissəsi ucuz benzinə keçə bilər. Belə olan halda SOCAR-ın bütün ölkəni “Aİ-92” benzini ilə təmin etmək imkanı yoxdur. İstisna etmirəm ki, “Aİ-92” markalı benzinin qiyməti də qalxacaq. Bunun vaxtını demək çətindir, amma ilin sonuna kimi “Aİ-92”-nin qiyməti artacaq. Böyük ehtimalla dizel yanacağının da qiymətində artım müşahidə olunacaq”.

 

BƏXTİYAR
Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir