!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ-nin Rusiyaya qarşı qərarı Tramp əleyhinə yönəlib?

!Reklam – Yazi

a-rusiya-qar-sanksiyalarn-uzadlmasna-dair-qrar-drc-edib_1Natiq Miri: “Trampın Aİ və NATO-ya münasibəti hələlik bəlli olmadığından, İttifaq ölkələri Rusiyaya qarşı sanksiyaları uzatmaqla, ABŞ-ın yeni hökumətini strateji müttəfiqləri barədə doğru-dürüst qərar verməsi üçün müəyyən mənada silkələmək istəyir”

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini bir çoxlarının gözlədiyinin əksinə olaraq, yenidən uzadıb. Qurumun sammitində üzv dövlətlər Moskvaya qarşı tətbiq etdikləri sanksiyaların vaxtını daha 6 ay uzadıb. Xatırladırıq ki, 2014-cü ildən tətbiq edilən sanksiyaların müddəti 2017-ci il yanvar ayının sonunda bitirdi. Bu fonda ABŞ-da keçirilən Prezident seçkilərində Donald Trampın qalib gəlməsilə Kremldə, o cümlədən bəzi Avropa ölkələrində belə fikirlər formalaşmağa başladı ki, 2017-ci ildən başlayaraq, sözügedən sanksiyalar ləğv edilə və yaxud yumşaldıla bilər. Amma göründüyü kimi Moskvanın istəyi alınmadı, sanksiyaların müddəti uzadıldı.

Bu vəziyyət nədən xəbər verir?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzatması əslində, ABŞ-ın yeni prezidenti Trampın yürüdəcəyi siyasətinə qarşı yönəlib:

“Avropa İttifaqının Moskvaya qarşı sanksiyaların müddətini uzatması Rusiyanın Suriya və Ukraynada atdığı addımlara adekvat cavab kimi dəyərləndirilməlidir. Söhbət ondan gedir ki, Hələbdə ciddi bombardman altında hələ də çoxsaylı mülki insan qalıb. Hansı ki, onların da sayı yüz minlərlə ölçülür. Avropa narahatdır ki, buradan köç başlayarsa, onun müəyyən hissəsi ola bilsin elə “köhnə dünya”ya miqrasiya etsin. Avropa da hazırda bunu istəmir. Rusiyaya tətbiq edilən sanksiyalar bildiyiniz kimi, Ukraynada Krımın işğalı və Donbasda gedən savaşla bağlıdır. Minsk-2 sazişinin imzalanmasına rəğmən bu proses də tamamilə yerinə yetirilməyib və savaş davam edir. Aİ Rusiyanın bu aqressiv davranışına görə məcburiyyət qarşısında qalaraq sanksiyaları daha 6 ay uzatdı. Ayrıca onu da nəzərə almaq lazımdır ki, ittifaqın bu addımı həm də ABŞ-ın yeni prezident administrasiyasına da müəyyən mesajdır. Bilirsiniz ki, yeni prezident Tramp Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək və strateji müttəfiqi Aİ və NATO ilə münasibətlərdə bəzi məhdudiyyətlərə getmək niyyətini ortaya qoyub. Xüsusilə də bu təşkilatların təhlükəsizliyi və qorunub saxlanılması məsələsinə ayırdığı maliyyələri birdəfəlik kəsmək niyyətindədir. Belədə Trampın Aİ və NATO-ya münasibəti hələlik bəlli olmadığından, İttifaq ölkələri Rusiyaya qarşı qabaqlayıcı addım atmaqla, həm də ABŞ-ın yeni administrasiyasını strateji müttəfiqləri barədə doğru-dürüst qərar verməsi üçün müəyyən mənada silkələmək istəyir”.

 

ELÇİN
Yenicağ.Az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv