oldu85Şəmkirdə gəlin və qayınana dəm qazından zəhərlənib.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Kür qəsəbəsində baş verib.

Nizami küçəsində yaşayan 53 yaşlı Gülnarə Bayramovanın halı vanna otağında pisləşib. Gəlini 18 yaşlı Rəvanə Novruzəliyeva ona yardım etmək istəyib. Bu zaman o da dəm qazından zəhərlənib.

Gülnarə Bayramova vanna otağında dünyasını dəyişib. Rəvanə Novruzəliyeva isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə aparılıb. Ona lazımi tibbi yardım göstərilib.

Ayaz Orucov- həkim: “Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili ilə Kür qəsəbəsi sakini dəm qazı zəhərlənməsi diaqnozu ilə daxil olub. Daxil olarkən xəstənin vəziyyəti ağır idi. Xəstəyə reanimason tədbirlər həyata keçirilib. Vəziyyəti orta-ağır olaraq qalıb”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."