www.sinerjipro.net

SinerjiProWide
Reklam

Həyat yoldaşından ayrılandan sonra mediadan uzaq gəzib-dolanan tanınmış rejissor Fuad Əlişov film təqdimatlarının birində fotokameramıza tuş gəlib.

Yenicag.az-a açıqlama verən rejissor daha klip çəkilişləri ilə məşğul olmadığını deyib:

“O işə son verdim, çünki kliplər dəbdə deyil. Yalnız reklam çarxları çəkməklə məşğulam”.

Fuad Əlişov şəxsi həyatından da danışıb.

“Deyilənə görə, sizin ayrılığınıza səbəb xəyanət olub”, sualını rejissor belə cavablandırıb:

“Bu barədə heç nə demək istəmirəm. Siz bu sualın cavabını məndən ala bilməyəcəksiz”.

“Bəs nə vaxtsa barışa bilərsiniz”, sualına da rejissor konkret cavab verib:

“Mən uşaqlarımla vaxtaşırı görüşürəm, qaldı ki, barışığa bu, mümkün deyil. Nə barışıq, artıq hisslər bitib”.

İkinci dəfə evlənib-evlənməməyə gəlincə isə, rejissor “evlənsəm, hamınız biləcəksiniz” deyə cavab verib.

Xatırladaq ki, cütlük 2007-ci ildə ailə həyatı qurmuşdu. Onların bu evlilikdən 3 övladı var.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3489
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.