Akif Çovdarov məhkəməyə oksigen balonu ilə gətirildi

Müəllif: Redaktor

Editor

akif-çovdarov1478607341Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Virtualaz.org-un məlumatına görə, A. Çovdarov məhkəməyə oksigen balonu ilə gətirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid Telman Əliyev ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.

A. Çovdarovun vəkili Şahin Rəfiyev müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı xaricdən həkim gətirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə bir saatlıq fasilə elan olunub.

Qeyd edək ki, bu, müdafiə tərəfinin Akif Çovdarovun səhhəti ilə bağlı yanlış informasiyayla möhtəkirlik edərək işin uzanmasına nail olmaq üçün göstərdiyi ilk cəhd deyil. Çovdarov özü isə bildirir ki, aclıq elan edib və artıq bir aydan çoxdur ki, heç nə yemir. Ancaq məhkəmə iclaslarında generalın gümrah davranışı və ötkəm danışığı bunun həqiqətən belə olduğuna şübhə yaradır.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır