Akif Çovdarov problemi Nəriman Əliyevi də bitirir (?)

Akif Çovdarov problemi Nəriman Əliyevi də bitirir (?)

Müəllif: Baş Redaktor

Baş Redaktor
32222222222222222Deputat üzləşdiyi problemləri tez bir zamanda yoluna qoymaq məqsədilə yeni himayədar axtarışına çıxıb
MTN generalının həbsi «Ştutqart» mağazalar şəbəkəsinin işini çətinə salıb
Artıq hər kəsə bəllidir ki, millət vəkillərinin, məmurların, vəzifə sahiblərinin biznes fəaliyyətilə məşğul olması qüvvə olan qanunvericiliyə görə qəti şəkildə qadağandır. Lakin buna baxmayaraq, hələ də elə deputatlar var ki, bəzən açıq-aşkar, bəzən də üstüörtülü şəkildə sahibkarlıq fəaliyyətilə məşğul olurlar. Misal kimi, 70 saylı Masallı şəhər Seçki Dairəsinin deputatı Nəriman Əliyevi göstərmək olar. Onun MTN-in sabiq generalı Akif Çovdarovla işbirliyi və biznes ortaqlığında olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgilərdə deyilir ki, Nəriman Əliyevin bacısının həyat yoldaşı da hazırda məhz bu işlə bağlı həbsdədir.
 Deputatın Akif Çovdarovla münasibətlərinin bir neçə il öncəyə dayandığını qeyd edən mənbə bildirir ki, Nəriman Əliyev çətinə düşən kimi daim MTN generalının yardımlarına baş vurub: «Deyilənlərə görə, onlar biznes ortağı olmaqla yanaşı, kifayət qədər yaxın münasibətlərə də malik olublar. Məhz elə buna görə də deputat hər həfə çətinə düşən kimi Akif Çovdarova müraciət edir və bu yolla məsələni öz xeyrinə həll olunmasına nail olurdu. Bildirilir ki, Nəriman Əliyev biznes sahəsindəki rəqiblərini Akif Çovdarovun müdaxiləsi, onun güclü himayəsi sayəsində «neytrallaşdırmağı» bacarıb. Lakin nədənsə hələ də istintaq onun ifadəsinə baş vurmayıb. Halbuki Nəriman Əliyevi dindirməklə bir çox mətləblərə aydınlıq gətirilə, qaranlıq məsələlərin üstü açıla bilər».
Deputatın «Nur M» şirkətinin uzun illər Akif Çovdarovla şərikli fəaliyyət göstərdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən şirkət əsasən İrandan xurma, kişmiş, quru meyvə gətirməklə məşğul olub: «Deyilənlərə görə, hətta bu məhsullar üzrə monpolist kimi çıxış edib. Ancaq deputatın başqa bir biznesi daha varmış ki, o da gömrüklə bağlıymış. Belə ki, Nəriman Əliyev Akif Çovdarovun dəstəyi sayəsində Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirib. Qeyd olunur ki, deputatın müsadirə olunmuş malları yığmaq üçün böyük anbarları da var. Belə ki, Nəriman Əliyevin işlərini bacısının əri həyata keçirib və bütün mühasibatlıq işləri də onda olub. Onu da nəzərinizə çatdırım ki, deputata məxsus olan və əsasən Almaniya istehsalı olan avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan «Ştutqart» mağazalar şəbəkəsi son zamanlar iflasın eşiyinə doğru irəliləyir. Deyilənlərə görə, bunun əsas səbəbi Akif Çovdarovun həbs olunması və onunla bağlılılığı olan şəxslərin fəaliyyətinin araşdırılmasıdır. Paytaxt sakinlərinə bəllidir ki, «Ştutqart» mağazalar şəbəkəsi uzun illərdir ki, avtomobil ehtiyat hissələri bazarını inhisara alıb və buna görə də özünə sərf etdiyi qiymətləri tətbiq edir. Təbii ki, «Ştutqart»ın bu səviyyəyə gəlməsində, yəni bazarda mövqeyinin möhkəmlənməsində Akif Çovdarovun müstəsna əməyi olub. Lakin bu gün general törətdiyi əməllərə görə həbsdədir. Bu isə «Ştutqart» mağazalar şəbəkəsinin işini xeyli çətinə salıb. Çünki artıq Nəriman Əliyevin biznesini himayədarı yoxdur».
Deputatın mövcud vəziyyətlə barışmaq niyyətində olmadığını deyən mənbə bildirir ki, Nəriman Əliyev üzləşdiyi problemləri tez bir zamanda yoluna qoymaq məqsədilə yeni himayədar axtarışına çıxıb: «Deyilənlərə görə, son zamanlar biznesi ciddi təhlükə ilə üz-üzə qalan, ard-arda ağır zərbələr alan deputat kapitalını qorumaq, həmçinin biznesini əvvəlki səviyyəyə qaldırmaq üçün yeni himayədar axtarmağa başlayıb. O, bu məqsədlə bir sıra nüfuzlu şəxslərin qəbulunda olub. Lakin hələlik heç kim ona müsbət cavab verməyib. Görünən odur ki, adının uzun müddət Akif Çovdarovla yanaşı çəkilməsi Nəriman Əliyevə olan inam və etibarı xeyli sarsıdıb. Bu səbəbdən də bu gün artıq ona arxa-dayaq olmaq istəyən biri yoxdur. Əgər belə davam edərsə, o zaman tezliklə deputatın durumu xeyli çətinləşə, Akif Çovdarovun yardımları ilə əldə etdiyi kapitalını itirə bilər».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq./gundelik-baku.com
Cəmiyyət, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti