Ads by Google

hightechnic
Ads by Google

ddc92c5b9281«Sombrero» restoranı, «Dental» klinikası, Bakıdakı mənzillər, «Varovski»dəki villa və daha nələr…

Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçmiş direktoru Pənah Əliyevin barəsində yayılan qalmaqallı məlumatlar səngimək bilmir. Nəzərinizə çatdırmaq istəyirik ki, işlədiyi vaxt fəaliyyətində müxtəlif nöqsanlar olan departament rəhbəri «Qaçqınkom»un sədri Əli Həsənov tərəfindən cəzalandırıldı. Komitə sədri direktoru tutduğu vəzifəsindən azad etməklə, əslində bu qurumu böyük təhlükədən xilas etmiş oldu.

Çünki adıçəkilən şəxs işinə gəlir mənbəyi kimi baxaraq vəzifədə olduğu müddətdə qiyməti on milyonlarla ölçülən sərvət yığmışdı. Apardığımız araşdırmalar nəticəsində məlum olur ki, Pənah Əliyev qeyri-qanuni yolla əldə etdiyi vəsaitlər hesabına özünə yüksək səviyyəli şərait qurub və yaxın qohumlarının rahat yaşamasına səbəb olub. Məsələn, onun Qaradağ rayonunda hüquq-münafizə orqanında xidmət edən və ayda 400 manat əmək haqqı alan oğlu Tural Əliyev dəyəri yüz min manatlarla ölçülən «Range Rover» sürür. Məlumat üçün bildirək ki, Tural Əliyev əvvəl istifadə elədiyi «Audi» markalı avtomobilini satıb və bu maşını alıb. 900 seriyalı bu bahalı avtomobilin pulunu sabiq məmur oğlunun haradan qazandığı sual yaradan məqamdır.

Qeyd edək ki, generalın həbsindən sonra Tural Əliyev isə 90 LS 900 nömrəli bahalı «Range Rover»lə yox, atasının 10 TV 606 nömrə nişanlı «Toyota Prado» maşını ilə gedir. Məlumatda o da qeyd olunur ki, atası oğluna bu vəziyyətin proseslərin səngiyənə qədər davam edəcəyini deyib.

Bundan başqa, keçmiş direktor heç bir yerdə işləməyən kürəkəninə Nərimanov rayonu ərazisində ev alıb. Əldə etdiyimiz məlumatlara görə, uzun müddət departament direktoru işləyən Pənah Əliyev bu müddət ərzində saysız-hesabsız qanunsuz işlər törədib və məcburi köçkünlər üçün tikilən binaların paylanması zamanı şəxsi maraqlarını ön plana çəkib. Bunun nəticəsində dəyəri milyonlarla ölçülən sərvət yığmağı bacarıb.

Məlumata görə, onun Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən «Sombrero» restoranı, «Dental» klinikası (qızına həmin binada hədiyyə etdiyi ev), Kazımovski küçəsi 185 ünvanda yerləşən evi, «Qızıltac» restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzili və «Varovski»də villası var. Başqa bir iddiaya əsasən, Pənah Əliyevin Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdır meydanında bahalı atları var. Deyilənə görə, sabiq məmurun ən ucuz atının qiyməti 20 min manatdır: «O, hər ay atlarının saxlanmasına 2 min manat pul xərcləyir». İndi isə Pənah Əliyevin oğlu Tural Əliyevlə bağlı maraqlı bir məqama toxunmaq istəyirik.

Az öncə qeyd etdiyimiz kimi, sabiq məmurun oğlu bir müddət əvvəl ləğv edilmiş MTN-nin Qaradağ şöbəsində əməliyyatçı işləyir. 90 LS 900 nömrəli «Range Rover»də gəzən sabiq məmur oğlunun işə düzəlməsinin maraqlı tarixçəsi var. Deyilənə görə, Pənah Əliyevin hazırda həbsdə olan MTN generalı Akif Çovdarovla yaxın münasibətləri olub: «Keçmiş direktor məhz bu genaralın vasitəsilə oğlunu MTN-ə işə qəbul etdirib. Təbii ki, bu işin müqabilində Pənah Əliyev Akif Çovdara borclu qalmayıb». Bu günlərdə isə bir qrup məcburi köçkün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, cənab general-leytenant Mədət Quliyevə müraciət edərək Pənah Əliyev və onun oğlu Tural Əliyevin fəaliyyətinin yoxlanılmasını xahiş ediblər: «Bu ata-bala dövlət tərəfindən biz qaçqınlara ayrılan pulların hesabına uzun illər kef çəkiblər. Qoy indi bunların fəaliyyəti yoxlanılsın və onlar cinayət məsuliyyətinə cəlb olunsunlar». / “Gündəlik Bakı”

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 527
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."