Akif Çovdarovun məhkəməsində keçmiş MTN-in generalı ifadə verib

Akif Çovdarovun məhkəməsində keçmiş MTN-in generalı ifadə verib

Müəllif: Redaktor

Baş Redaktor

cms-image-000027367Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi davam etdirilib.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, prosesdə MTN Monitorinq Mərkəzinin həbsdə olan rəisi Teymur Quliyev ifadə verib. O, heç bir qanun pozuntusuna yol vermədiyini təlimata uyğun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, nazirin imzaladığı tələbnaməyə əsasən nömrələr dinlənilib:”Bizim idarənin hər hansı məhkəmə qərarı tələb etmək ixtiyarı olmayıb. Bir çox dövlət qurumları – Gömrük Komitəsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti də bizə telefon dinləmələri ilə bağlı müraciətlər edib. Tağı Əhmədovun da telefonu nazirin tələbnaməsi əsasında dinlənilib”.

İclasda Akif Çovdarov da bununla bağlı arayış verib. Bildirib ki, Rüstəm Usubov bəzi cinayət işlərinin araşdırılması üçün onlara müraciət edib. Həmin müraciət əsasında nazir tələbnamə yazıb və buna əsasən həmin şəxslərin telefonlarının dinlənilməsi Monitorinq Mərkəzinə tapşırılıb.

Daha sonra iclasda A. Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev şahid qismində ifadə verib. O, bildirib ki, ötən məhkəmə iclasında ifadə verdikdən sonra Dövlət Təhlükəsizlik Xidmətindəki işindən azad edilib. O, Tağı Əhmədovun epizodu üzrə ifadə verib. İttihama görə, T. Əhmədovun oğlu və qardaşı oğlu A. Çovdarova pul verən zaman N. Atakişiyev də orada olub. Lakin N. Atakişiyev bunu təkzib edib. Bildirib ki, istintaq zamanı T. Əhmədovun qardaşı oğlu ilə üzləşmə olub və bu zaman həmin şəxs onu tanımayıb. O, bildirib ki, onların A. Çovdarova pul vermək məsələsi yalandır.

Proses yanvarın 9-da davam edəcək.

(Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Yeniçağ.Az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti