!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Akif Nəsirli: “Bank sisteminin sağlamlaşdırılması manatın sabitliyindən asılıdır”

!Reklam – Yazi

bankArtıq bir ildir ki, ölkədə bankların sağlamlaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. O çərçivədə bankların minimum nizamnamə kapitalı artırılaraq, 50 milyon manata çatdırılıb və bankların istehlak kreditləri vermək qaydaları xeyli sərtləşdirilib. Bununla belə, atılan addımlar ölkədə bank sektorunun fəaliyyətinə hələ ki müsbət təsir göstərməyib. Belə olan halda, görülən tədbirlərin istənilən nəticəni verməməsinin səbəbləri maraqlı görünür.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, manatın kursu sabitləşərək dayanıqlı vəziyyətə gəlməyənə qədər bank sistemində müsbət dəyişikliklərdən danışmaq mümkün olmayacaq:

İlgili resim“Azərbaycanda bir ilə yaxındır ki, bankların sağlamlaşdırılması işinə başlanılıb. Lakin bu iş fikrimcə, hələ yekunlaşmayıb, proses davam edir. İşin davam etməsi ilə bərabər, aparılan sağlamlaşdırma prosesinin səmərəsi hələlik görünmür. Bankların sağlamlaşdırılmasından danışarkən qeyd edilməlidir ki, iflasa uğramış banklar artıq fəaliyyətlərini rəsmən dayandırıblar. Hazırda müflis olan bir neçə bank da var ki, onların gələcəyi barədə müzakirələr gedir. Digər tərəfdən, bankların sağlamlaşdırılması prosesinin sona çatması və səmərə verməsi üçün Azərbaycanda uyğun maliyyə şəraiti yoxdur. Ölkədə fəaliyyət göstərən istənilən kommersiya bankının səmərəli fəaliyyəti üçün münbit şəraitin olması ən vacib şərtdir.

Ən əsası, Azərbaycan manatı dayanıqlı formaya keçməlidir. Milli valyutamız dayanıqlı formaya keçdikdən sonra banklar etibar qazanmaq üçün müştəri toplamalı və işə yenidən başlamalıdırlar. Bu proses baş verməyənə qədər Azərbaycanın bank sistemindən hansısa bir səmərə, effektiv addım gözləmək absurddur. Birinci növbədə, iqtisadi sabitlik, ardınca da maliyyə sabitliyi yaranmalıdır və yalnız bundan sonra da bank sistemi normal fəaliyyətə başlaya bilər”.

ELÇİN
Yenicağ.Az

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv