www.sinerjipro.net

SinerjiProWide
Reklam
akimmmTofiq İsmayılovun qızından ölkə prezidentinə müraciət
Ramiz Rzayev Akim Bədəlovun bütün cinayətlərində əlbirdir: Sabina İsmayılova
“Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin yaradıcısı, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin mərhum rəhbəri, sabiq Dövlət Katibi Tofiq İsmayılovun qızı Sabina İsmayılova , Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlovun cinayətləri haqqında Ölkə başçısına və ölkənin birinci xanımına şikayət etdi.
Sabina Tofiq qızı İsmayılovanın Prezidentə videomüraciətini təqdim edirik.
Tofiq İsmayılovun qızından Mehriban Əliyevaya müraciət…
“Sizdən mərhum atamın ruhuna hörmət əlaməti olaraq bu işlə yaxından ilgilənməyinizi xahiş edirəm”
Azərbaycanın birinci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun qızı Səbinə İsmayılova ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə bildirilir:
 
“Çox hörmətli Mehriban xanım! 
Bütün respublika sizin yardımsevərliyinizdən, humanistliyinizdən danışdığı üçün mən də cəsarətimi toplayıb sizə məktub yazmaq istədim. Əslində sizə dəfələrlə məktub yazmış, rəhbərlik etdiyiniz fonda təqdim etmişəm. Amma görünən odur ki, həmin müraciətlərim sizə çatmayıb. Yoxsa, sizin vətəni, xalqı uğrunda heç düşünmədən canından keçmiş və ailəsini sizlərə əmanət etmiş Tofiq İsmayılovun ailəsinə sahib çıxacağınıza heç bir şübhəm yoxdur.
Dəyərli Mehriban xanım, mən – İsmayılova Səbinə – mərhum akademik Tofiq İsmayılovun qızı sizə öz dərdimlə yanaşı quldur dəstəsinin əməllərini də nəzərinizə çatdırmaq istəyirəm. Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan, MTN-nin Hava Limanı İdarəsinin bu günlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin dayısıdir. Bu kimi qohumluq bağlarına arxalanan Akim Bədəlov atamın həlak olmasından dərhal sonra onun ailəsinin gələcəyi və rifahı üçün qoyub getdiyi nə varsa, hamısını qanunsuz yolla ələ keçirmişdir.
Atamın yaratdığı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini ( O zaman Kaspi Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzi adlanırdı) min bir hoqqabazlıqla əlimdən almışdır. Bu da azmış kimi məni və ailəmi evsiz-eşiksiz qoymuşdur. Mən sadəcə Tofiq İsmayılovun ailəsinə məxsus olanları geri istəyirəm. Bunun üçün nə gərəkirsə, etməyə hazıram.
AKİM BƏDƏLOVU İFŞA EDƏN ŞOK VİDEO -
Nəzərinizə çatdırım ki, Akim Bədəlov Ali Məhkəmənin sədri Ramiz Rzayevlə quda olduqdan sonra məhkəmələr ədalətli qərarlar verməyib. Həmin Ramiz Rzayevin qohumlarından biri Heydər Əliyev Fondunda çalışdığından hesab edirəm ki, müraciətlərimin sizə çatmaması üçün də əllərindən gələni əsirgəməyiblər. Dəfərlərlə sizin nəzərinizə çatdırmaq istədiyim müraciətləri dərc edən mətbu orqanları belə təhdid ediblər. Sizə ünvanladığım müraciətin çıxarılması üçün dəfələrlə həmin mətbu orqanlara rüşvət təklif ediblər, hədə-qorxu gəliblər. Sizdən çox xahiş edirəm, mənə yardım edin!
Hörmətli Mehriban xanım, Sizdən mərhum atamın ruhuna hörmət əlaməti olaraq bu işlə yaxından ilgilənməyinizi xahiş edirəm. Göydə Allah, yerdə tək ümidim sizsiniz!”

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 155
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."