www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Mehmet Metiner parlamentin keçmiş sədri Bülent Arınç barəsində səslənən ittihama münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, AKP İstanbul millət vəkili Mehmet Metiner ölkə parlamentinin sabiq rəhbəri və baş nazirin keçmiş müavini Bülent Arınçın FETÖ terror şəbəkəsi ilə bağlılığı haqqında danışarkən bir sıra məqamlara toxunub.

15 iyul çevriliş təşəbbüsünün siyasi dayağının mövcudluğunu deyən Metiner fikrini belə əsaslandırıb:

“Yəni bir çevriliş varsa, o təşəbbüsün siyasi dayağının olmaması mümkün deyil. Yekunda çevriliş baş tutsaydı, bu ölkəni idarə edəcək adamları vardı”.

Həmin şəxslərin kimliyini bilmədiyini deyən millət vəkili fikrini bir qədər genişləndirib:
“Bu barədə Prezidentimizin və MİT-in mütləq məlumatı var. Çevrilişin siyasi dayağının, xüsusilə, FETÖ-nun siyasi şəbəkəsinin olmadığını söyləmək böyük səhv olardı. Fikrimcə, FETÖ-nun siyasi şəbəkəsinin başında, məsələn, Kılıçdaroğlu dayanır. Çünkü “Pensilvaniya ağzı” ilə danışır”.

Metinerin fikrincə, ölkədə geniş şəbəkə qurmağa nail olan FETÖ siyasi partiyaların daxilində də güclü mövqelər qazanıb:

“FETÖ adlandırılan o “osminoq təşkilat” bütün partiyalarda öz adamlarını yerləşdirib. Biz AKP təmsilçisi olaraq, müəyyən etdiyimiz bu kimi hallara qarşı lazım olanı etdik və edəcəyik. Heç kimin şübhəsi olmasın ki, AKP daxilində də FETÖ-çu ünsürlər varsa, onların da kökü qazılacaq”.

Millət vəkili Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melik Gökçekin “Bülent Arınç çevrilişçilərin baş naziri olacaqdı” fikri barəsində bunları deyib:
“Fərd olaraq, bu gün gəldiyimiz nöqtə etibarilə, mənim üçün Bülent Arınç, Suat Kılıç və başqalarının ürəyimizdə zərrə qədər yeri yoxdur”.

Mehmet Metinerin bu fikirlərinə ilk reaksiya isə sabiq prezident Abdullah Gülün “cəbhə”sindən verilib. Gülün yaxın dostu Fehmi Koru öz bloqunda Metinerin məlum sözlərinə geniş yazı həsr edib:

“Eyni adamlar referendumda kütlədən fərqli səs verəcəkləri mesajını açıq şəkildə öz tərəfdarlarına çatdırsaydılar, nə baş verərdi? Düşünün görək, o zaman referendumun nəticələri necə olardı?

Referandumdan sonrakı dönəmin yeni “idman”ı məlum nəticələri “uğursuzluq” kimi görənlərin ortadakı mənzərəyə baxıb heyfslənərək, günahkar axtarışına çıxmalarıdır.

İqtidara yaxın mediada kəskin müzakirələr də bu minvaldadır.

AKP-nin yaradıcı heyətindən bəzi şəxslər referendum kampaniyasına qatılmamaqda və “Xeyr” səsi verməkdə ittiham olunurlar.

Bir millət vəkili məsələni AKP-nin yaradıcılarından olan Bülent Arınç barəsində “Könül dünyamızda onun zərrə qədər yeri yoxdur” sözlərinə qədər irəli apardı. Yəni əhalinin inandırılmasında o da iştirak etsəydi, nəticə fərqli olacaqmış.

Doğrudur, Arınç və digərlərinin “Əvət” kampaniyasına qatılmamalarının nəticəyə təsiri, həm də bayağı təsiri olub.
Ancaq belə düşünənlərin unutduqları bir həqiqət də var: siyasət kütlə psixologiyası ilə davranmağı qəbul etmir; siyasət, birlik, bərabərliklə yürüdülür. Bu, siyasətçilərin iradəsi üzərinə ipoteka qoymadan həyata keçirilir”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."