Yazı İçi 468×60

Bəşir Atalay: “Bizdə Cümhurbaşqanlığından sonra təkrar baş nazirliyə gəlmə-filan olmaz”

1__turk_polis_teskilatinin_165_kurulus_yildonumu_kosk Türkiyədə Prezident seçkilərinə 100 gün qalmış siyasi hava qızışmaqdadır. Abdullah Gül yoxsa Ərdoğanın namizəd olacağı artıq müəyyənləşməkdədir. AKP 3 dönəm millət vəkili olanların ardıcıl olaraq 4-cü dəfə namizəd olmasına qadağanı saxlamaqla, bunun mesajını verdilər. Belə ki, Ərdoğan 3 dönəm millət vəkili seçildiyi üçün 4-cü dəfə namizədliyini AKP-dən verə bilməz. Belə olan təqdirdə, R.T.Ərdoğanın prezident olacağına şübhə edilmir.

Belə olan təqdirdə, Abdullah Gülün durumu nə olacaq? Putin-Medvedyev formulunda olduğu kimi baş nazirlə yermi dəyişdirəcək? Hazırki prezident hər nə qədər “bu barədə Ərdoğanla danışmışıq” desə də, baş nazirin müavini Bəşir Atalayın bu günki sözləri tərəddütlərin artmasına səbəb oldu.

YENİCAG.AZ xəbər verir ki, AKP daxilində olduqca nüfuza sahib və hazırda “Paralel yapı ilə mübarizə edən” Ərdoğan komandasının kilid ismi “Bizdə Cümhurbaşqanlığından sonra təkrar baş nazirliyə gəlmə-filan olmaz”  deyərək, Gülün yenidən aralarına qayıtmasına qarşı olduğunu göstərdi.

Sözünə “Bizlər üçün kreslo və masalar deyil, əsas olan bu hərəkatın davam etməsidir” deyə, davam edən Atalay Gülə incə mesaj göndərdi.

2015-ci il parlament seçkilərinə diqqət çəkən Atalay “Partiyamızda 2015-ci il seçkisində bir zəifləmənin, zəiflik olmaması əhəmiyyətlidir. Çünki 2015-ci il seçimi bizim üçün prezident seçkisi qədər önəmlidir. Bir prezidenti seçib Köşkə göndərsək və 2015-ci il seçkisində zəifləsək, Prezidentimiz da orada rahat fəaliyyət göstərə bilməz”.

Ərdoğanın özəl qrupunda yer alan Bəşir Atalayın sözləri son dönəmdə Camaatla mübarizədə baş naziri yalnız buraxan Gülə qarşı müxalifətin ciddiliyindən xəbər verməkdədir. Onun 2015-ci il seçkilərinə qədər millət vəkili olmadığı üçün baş nazir ola bilməyəcəyi bəlli idi. Bəşir Atalayın sözləri isə AKP-nin “özəl qrupu”nun 2015-ci ildən sonra da Abdullah Gülü baş nazir kimi görmək istəmədiklərindən xəbər verməkdədir.

yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."