!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AKP referendum kampaniyasına başlayır: Ərdoğanın mesajı, Baxçalının görüntüsü - Fotolar

!Reklam – Yazi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) aprelin 16-da keçiriləcək Konstitusiya referendumu çərçivəsində təbliğat kampaniyasına bu gün start verəcək.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım bu gün Ankara İdman Kompleksində təşkil olunacaq ilk tədbirdə iştirakı gözlənilən 40 min AKP üzvünə “50 gün ərzində döymədiyiniz qapı qalmasın”, deyə səslənəcək.

Toplantıda prezident Rəcəb Tayyib Ərdoğanın referendum kampaniyasının uğurla aparılması diləklərinin yer aldığı məktubu oxunacaq. Tədbirdə 15 iyul çevriliş cəhdinin qarşısının alınmasına həsr olunan videoçarxda isə hazırda AKP ilə eyni mövqedə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının görüntüləri də nümayiş etdiriləcək. Eyni zamanda, ilk təbliğat aksiyası ilə yanaşı AKP-nin xalq səsverməsi kampaniyası da start götürəcək.
Ankara İdman Kompleksində keçiriləcək toplantı yerli vaxtla saat 11-00-da başlayacaq. Baş nazir Binəli Yıldırım və xanımı Semiha Yıldırımın salona daxil olduqda iştirakçıları salamlamaları üçün firuzəyi rəngdə xüsusi tribuna quraşdırılıb. AKP rəhbərliyi salonun mərkəzində, partiya üzvləri isə tribunalarda yer tutacaqlar. Tədbirə xaricdən və yerli siyasi partiyalardan heç kimin iştirakı nəzərdə tutulmasa da, Türkiyədə fəaliyyət göstərən 123 xarici təşkilat rəhbərinə dəvətnamə göndərilib. Tədbiri işıqlandırmaq üçün 60-ı xarici KİV olmaqla, 500 media orqanı akkreditasiyadan keçib. Bundan başqa, aksiyada 30-u beynəlxalq statuslu 400 QHT rəhbərinin iştirakı nəzərdə tutulur.

Salon Türkiyə və AKP bayraqları, Mustafa Kamal Atatürk, Rəcəb Tayyib Ərdoğan və Binəli Yıldırımın portretləri ilə bəzədilib.

Yeniçağ.Az

www.yenicag.az

923
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv