!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aktları saxtalaşdırıblar, guya biz atanı döyüb, qızı ondan almışıq” – Nurayın xalasının həyat yoldaşı

!Reklam – Yazi

kjhnudBu ilin yanvar ayının 7-si Quba rayon Məhkəməsinin çıxardığı qətnaməyə görə Nuray Bayramzadəni Quba Rayon İcra Hakimiyyətinin qərarına əsasən 6 ildir ki, onu qəyyumluğa götürən ailə uşaqla birgə içra şöbəsinə dəvət olunur. Orada isə icraçılar Nurayı qəyyumluğa götürən ananın əlindən məcburi alıb, atasına verirlər.

Məsələyə aydınlıq gətirmək üçün Nurayı qəyyumluğa götürən ailə ilə əlaqə saxladıq.

Mehriban Eldarovanın həyat yoldaşı Eldar Eldarov Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Nuray 9 aylığından anası ilə birgə onlarda yaşayıb.

Uşağın atası Əvəz Bayramov həyat yoldaşını və qızını çölə atıb. Onlar da həmin müddətdə bizə sığınıblar:

“Nurayın anası Rübabə Xudaverdiyeva 2010-cu ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün dünyasını dəyişib. Qadının ölümündən sonra həyat yoldaşım Mehriban Eldarova Nurayın atası onunla maraqlanmadığı üçün şahidlərdən imza toplayıb, Quba Rayon İcra Hakimiyyətinə müraciət etdi ki, onu qəyyumluğa götürsün. Və qərara əsasən, uşaq bizə verildi.

2011-ci ildə isə Nurayın atası uşağı bizdən almaq üçün Quba rayon Məhkəməsinə müraciət etdi”.

Eldar Eldarovun sözlərinə görə, məhkəmə prosesi 2011-ci ildən uzanırdı:

“Bu ilin yanvar ayının 7-ə məhkəmə icrası təyin olunmuşdu. Biz də getdik və icraçılarla danışdım ki, uşağa təzyiq olunmasın. Onlar da bizi arxayın etdilər ki, hər şey uşağın istəyi ilə həyata keçiriləcək və uşağın atası ilə getməməsi haqda qanunvericiliyə uyğun olaraq akt tərtib olunacaq. İcraçılar da Xaçmaz regionundan gətirilmişdi, Quba rayon icraçılarından heç kim yox idi. Hamısının da adı aktda var. Aktları saxtalaşdırıblar. Sənədlərdə qeyd olunur ki, guya uşaq öz xoşu ilə atasına gedib, amma biz atanı döyüb, qızı ondan almışıq. Videoda görürsünüz də… Orda 20 polis, 20 icraçı var idi. Biz orda atanı necə döyüb, uşağı əlindən ala bilərdik? Bizdə əlavə görüntülər də var ki, uşaq ordan çıxıb ayaqyalın bizə tərəf qaçıb, anası ilə maşına minir. Həmin an çox dəhşət idi, elə bil yuxu görürdük”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv